Tərtərdə Vətən müharibəsi şəhidlərinin il mərasimləri keçirilib
Vətən müharibəsi şəhidləri Abbaslı Elnur Yaşar oğlunun və Ağayev İntiqam Hüseyn oğlunun il mərasimlərində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, sakinlər iştirak ediblər.
Qeyd edək ki, N saylı hərbi hissənin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, kiçik çavuş Abbaslı Elnur Yaşar oğlu 17 iyul 1992-ci ildə Tərtər rayonunun Köçərli kəndində anadan olub. 08 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Abbaslı Elnur Yaşar oğlu 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
N saylı hərbi hissənin əsgəri Ağayev İntiqam Hüseyn oğlu isə 01 mart 1998-ci ildə Tərtər rayonunun Səhləbad kəndində anadan olub. 08 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Ağayev İntiqam Hüseyn oğlu 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunması görə" və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.