Goranboy rayonunda şəhid ailələri və qazilərin haqlı ETİRAZLARI



Redaksiyamıza Goranboy rayonu Xoylu kəndində yaşayan şəhid ailələri və qazilərdən şikayət daxil olub. Şikayətdə bildirilir ki, günlərdir ki, kənddə su problemi ilə üzləşmişik. Kənddə su transformator yanmışdır və bunun ücbatındanda kənddə su verişiş dayanmışdır. Şikayətçilər dəfələrlə İlqar Məhərrmova bu barədə müraciət etsələr də, cavabında imkanımız yoxdur, gərək pul yığasınız ki, transformatoru yenisi ilə əvəz edək. Sakinlər bildirirlər ki, əkin yerləri susuzluqdan yanaraq məhv olmuşdur. Hətta, bu barədə Goranboy Rayon İcra Hakimiyyətinə də müraciət ediblər, amma problemləri hələ də həllini tapmayıb. Bircə çıxış yolu Prezidentə müraciət etməkdə görürlər.

Görün məmurlarımız nə qədər işlərinə laqeyd yanaşırlar ki, kiçik bir problemdən ötrü şəhid ailələri və qazilər Prezidentə müraciət etməkdə məsələnin həll olunmasını bildirirlər.
Məmur özbaşınalığı, rüşvətxorluq və fırıldaqçılıqla məşğul olan bəzi məmurlarımız heç kimdən, heç nədən qormadığını bildirirlər. Dövlət büdcəsini talan edib özlərinin şəxsi mənafeyi üçün istifadə edirlər. İnsanların sosial-iqtisadi problemləri ilə heçdə maraqlanmırlar.
Goranboy rayonu Xoylu kəndində yaşayan sakinlər redaksiyamız vasitəsi ilə ölkə başçısına səslənirlər ki, bizi bu səhlənkar, rüşvətxor məmurlardan qorusun və problemlərini həllində köməklik göstərsin.
Daha sonra sizi Gornaboy rayonu Xoylu kəndində yeni faktlarla sizi tanış edəcəyik.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Xeberim.İnfo


Tarix: 19-07-2022, 09:07
Xəbəri paylaş





Xəbər lenti