Rayon rəhbəri birinci Qarabağ Müharibəsinin əlili İlqar Vəliyevi qəbul edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ
müharibəsinin ikinci qrup əlili, 26 iyul 2022-ci il tarixdə özünü yandırmağa cəhd edən
Vəliyev İlqar Qabil oğlunu qəbul edib. Qazi Tərtər şəhər 5 saylı körpələr evi-uşaq
bağçasında musiqi müəllimi işləyən qızı Fəridə Əliyevanın analıq məzuniyyəti pulunun
gecikdirilməsindən əsəbləşərək, özünü yandırmağa cəhd etdiyini və bunun səhv
hərəkət olduğunu bildirib.
Siam.az xəbər verir ki, İlqar Vəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2007-ci ildə Tərtər
Şəhəri Elman Səfərov küçəsində 2 mərtəbəli yaşayış evində 2 otaqlı mənzillə və
“Nazlifan” markalı minik avtomobili ilə təmin olunub, dövlət tərəfindən müharibə əlillərinə
göstərilən bütün imtiyazlardan istifadə edir.
İcra başçısı əlaqədar qurumlarla danışaraq qazinin problemini həll edib.

Tarix: 29-07-2022, 18:00
Xəbəri paylaş





Xəbər lenti