İrca başçısı Xoruzlu kəndində şəhid ailələri ilə görüşüb


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev
ilə birlikdə rayonun Xoruzlu kəndində Xoruzlu və Kəbirli kəndlərindən olan şəhid ailələri
ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb, ərazi bütövlüyümüz
uğrunda həlak olmuş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün rayonda görülən
işlərdən söhbət açıb.
Siam.az xəbər verir ki, bu istiqamətdə ölkə rəhbəri cənab İlham Əliyevin və birinci vitse
Prezident Mehriban xanım Əliyevanın bütün dövlət qurumlarına nümunə olduğunu
bildirib.
Qeyd olunub ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi onların ailə üzvlərinə bir
təskinlik verir, onların heç vaxt unudulmadığını əks etdirir.
İcra başçısı şəhid ailələri ilə Respublika Prezidentinin sərəncamı ilə yeni tikilən Xoruzlu
kənd tam orta məktəbinin həyətində şəhidlərin xatirəsinə inşa ediləcək şəhidlər abidə
kompleksi ilə də bağlı söhbət aparıb, onların fikirlərini öyrənib.
Görüşdə rayon rəhbəri birinci Qarabağ müharibəsi şəhidi Əliyar Qaraşovun bacısı
Züleyxa Qaraşovanın yaşadığı evə su xəttinin çəkilməsi ilə bağlı aidiyyəti qurumlara
tapşırıq verib, sakinlərə onların Kəbirli kəndinin qəbiristanlığına gedən yolun
asfaltlanması üçün etdikləri müraciətləri ilə bağlı rayon icra hakimiyyəti tərəfindən
“Azəravtoyol”-a müraciət olunacağını bildirib.
Şəhid ailələrinin üzvləri rayon rəhbəri ilə görüşdən razı qalıblar.
Onlar şəhid ailələrinə  və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tarix: 29-07-2022, 18:13
Xəbəri paylaş





Xəbər lenti