Ağsu bazarına ödənişli giriş-çıxış NARAZILIQ yaratdı - ŞİKAYƏT



Ağsu rayonunun mərkəzində yerləşən bazara avtomobillə giriş-çıxış ödənişlidir. Nə ərazidəki məhəlləyə, nə də bazara daxil olmaq mümkündür. İnsanlar bazarlıqdan əlavə həm də bazara giriş üçün pul ödəməli olurlar. Uzun zamandır sakinləri narahat edən məsələ növbəti dəfə aktuallaşıb. 

Bu barədə Bizim.Media-ya Ağsu sakinləri şikayətlənib. Dediklərinə görə bazarın qarşısının kim tərəfindən dayanacağa çevrilməsi, ora giriş edən avtomobil sahiblərindən ödəniş tələb edilməsi və yığılan pulların hara getməsi müəammalıdır.

Bu vəziyyət həm bazarlıq etmək üçün bazara gələnlər, həm də sözügedən ərazidən istifadə edənlər üçün çətinlik yaradıb. 

Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratdıq. Qurumun İnformasiya təminatı və təhlil sektorundan Bizim.Media-ya məsələdən xəbərsiz olduqları bildirilib:

“Məlumatımız yoxdur. Aidiyyəti qurumlara məlumat verərik”, deyə qurumdan bildirilib.

Ağsu bələdiyyə sədrinin müavini Namiq Babaxanov isə qeyd edib ki, dayanacağı bazar sahibi özü yaradıb:

“Bazarın özünün şəxsi mülküdür və dayanacağı da özləri yaradıblar. Bizə çatan məlumata görə belədir. 2 ildir ki, o ödənişli dayanacaq fəliyyət göstərir”.
Tarix: 11-08-2022, 21:58
Xəbəri paylaş





Xəbər lenti