Kanal1.az Qaynar-Xətt.az-a istinadən xəbər verir ki,Tovuz rayonunun gözəl təbiəti, zəngin sərvəti vardır. Ən qiymətli sərvəti isə onun əməksevər insanlarıdır”. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bu qədim Oğuz diyarı haqqında danışarkən məhz bu ifadələri işlədirdi. Doğrudan da, gözəl təbiətə, zəngin sərvətlərə malik Tovuz rayonu əməksevər, vətənpərvər insanları ilə daha da gözəlləşir, onların əməyi sayəsində gündən-günə inkişaf edir, müasirləşir. Rayonun günü-gündən çiçəklənməsində İcra hakimiyyəti bələdiyyələr və polis rəisi polis polkovniki Habil Əmiraslanovun rolu danılmazdır. Tovuz rayonu inkişaf etdikcə rayon Merosu haqqında eşitdiyimiz ard arda gələn şikayətləri araşdırmağa başladıq. Araşdırmamız nəticəsində məlum oldu ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik leytenantı Vüqar Orucov Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi təyin edilib. Rəis təyin olduğu gündən öz çirkin əməllərini üzə çıxarmağa başlamışdır. Pravalarin alınmasına özündən rüsum təyin etmişdir. Harda görülüb ki, pravanın rüsumu 1150-1200 AZN- dir! Dövlətin qoyduğu rüsumdan qat-qat yüksək rüsum tələb edir. Maşının qeydiyyata salınması da dövlət rüsumdan dəfələrcə yüksək olur. Əsas məsələ isə "Pulunu ver, pravanı al"! Ona görə də avtoqəzalar çoxalır, neçə-neçə ailələr göz görə-görə məhv olur. Və bunların qətiyyən vecinə belə deyil, sanki belədə olmalıdır! Maşının matorunu beznomer eləmək üçün 700 manat pul alınır. Maşının texniki baxışı isə 75-100 AZN- dir. Polis Polkovnik leytenantı Vüqar Orucov rəis gələn bir gündən korrupsiya, rüşvətxorluqla məşğuldur. Əməlindən bezmir, utanmır, çəkinmir! Qısacası çox acınacaqlı bir vəziyyətlə qarşı-qarşıyayıq. Vətəndaşları dövlətə, dövlətçiliyə qarşı qaldırırlar. Cənab Nazir Vilayət Eyvazov və Dövlət Yol polisinin rəisi, general mayor Ramiz Zeynalov hara baxır? Xəbərləri yoxdurmu ki, Tovuzda korrupsiya üsyan edir? Niyə bu işlə bağlı araşdırma aparılmır? Çəkilişlərimiz var, növbəti yazımızda yayıma verəcəyik, səs danışıqları ilə birgə. Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Qaynar Media