Ağdam xəstəxanasında 15 yaşlı qıza yardım etməyə həkim yoxdur? – VİDEO
Ağdam rayon Mərkəzi Xəstəxanasında həkim qıtlığının yaşandığı ilə bağlı iddialar yayılıb.
SİAM.AZ “oxu.az”a istinadən xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, xəstəxanaya ağır vəziyyətdə gətirilən 15 yaşlı qıza həkim olmadığından heç bir köməklik göstərilməyib. Hətta baş həkim adı ilə xəstənin yaxınlarına başqa bir şəxsin nömrəsi verilib. Həmin şəxs də xəstənin Bərdəyə göndərilməsini məsləhət görüb. Həmin görüntüləri təqdim edirik: