Tərtərdə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib

Tərtərdə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Siam.az xəbər verir ki, tədbir iştirakçıları öncə Mərkəzi meydanda Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər gül-çiçək dəstələri düzüblər.
Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda davam edən tədbirdə əvvəlcə iştirakçılar mədəniyyət işçilərinin canlandırdığı Vaqif və Xurşidbanu Natəvanın obrazlarını izləyib və kənd mədəniyyət müəssisələrinin özfəaliyyət dərnəkləri tərəfindən Şuşa İli ilə bağlı hazırlanmış əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Sonra tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükurla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, Vətən müharibəsində qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını vurğuladı.
Sonra rayon rəhbəri bildirdi ki, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyi həlledici gündə ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra xalqa müraciətində həm də ulu öndərin arzusunun həyata keçirildiyini bəyan etdi.
Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2632 nömrəli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. 2022-ci ilin Azərbaycanda "Şuşa İli” elan edilməsi isə dünya mədəniyyətinə səslənən növbəti sülh çağırışıdır.
Eyni zamanda Şuşada keçirilən tədbirlər ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş “Xarı Bülbül” festivalı bir daha Azərbaycanı dünyada nə qədər multikultural dəyərlərə önəm verdiyini, inkişaf etdiyini və tolerant bir ölkə olduğunu göstərdi.
 
Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən qazilərimiz Azərbaycan Bayrağı ordenli Elnur Salahlı və Mehdi Sabirzadə çıxış edərək Şuşanın tarixindən, yerləşdiyi mövqeyə görə Şuşanın Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğundan, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətdən və qazanılan qələbdən geniş söz açıblar.

Tədbir Tərtər rayon Nümayəndəliyi tərəfindən hazırlanmış konsert proqramı, şəhər 5 saylı və Seydimli kənd körpələr evi-uşaq bağçalarının balaca fidanlarının çıxışları ilə davam edib.
 
Tədbirin sonunda VIII Televiziya Muğam müsabiqəsində iştirak edərək 2 ci yerə layiq görülmüş Tərtər rayon uşaq musiqi məktəbinin məzunu Ülkər Abdullayevə Tərtər rayon İcra Hamiyyətinin başçısı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub.

Tərtərdə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib
Tərtərdə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib
Tərtərdə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib
Tərtərdə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib

0
Tarix: 24-08-2022, 17:50
Xəbəri paylaş





Xəbər lenti