Tərtər Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Tərtərdə "Əsgərə məktub" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Siam.az xəbər verir ki, tədbir Tərtər şəhərində Heydər Əliyev adına parkında təşkil olunub. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində igidlərimizin göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər, gecə-gündüz Vətənimizin keşiyində şərəflə duran Müzəffər Ordumuzun mərd əsgərləri ilə fəxr etdiklərini bildiriblər. Daha sonra iştirakçılar əsgərlərimizə məktublar yazaraq onlara ürək sözlərini, xoş arzularını çatdıırblar.