Tərtərdə 2022-ci ilin altı ayı ərzində görülən işlər müzakirə edildi

Tərtərdə 2022-ci ilin altı ayı ərzində görülən işlər müzakirə edildi
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən iclasda Tərtər Rayon İcra İcra Hakimiyyəti başçısı yanında şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP-ın və rayon Ağsaqqallar şurasının sədrləri iştirak ediblər.
Siam.az xəbər verir ki, yığıncaq iştirakçıları öncə mənalı, şərəfli ömrünü Azərbaycan xalqına və müstəqil dövlətimizin hərtərəfli inkişafına həsr edən ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yığıncağı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə çıxışının mühüm məqamlarından danışıb.
Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirildiyini bildirdi. Qeyd etdi ki, 2022-ci ilin yanvar-iyun aylarında rayonumuzda tikinti-quraşdırma və abadlıq işləri uğurla davam etdirilmişdir. Tərtər şəhərinin Əli İsmayılov, Teymur Rəhimov və Vaqif küçələrində divarlar aqlay və digər bəzək daşları ilə üzlənmiş, küçədə olan kommunikasiya xətləri səliqəyə salınmışdır. Tərtər şəhərinin Mübariz Kərimov küçəsində 1.4 km yol asfalt örtüyü ilə üzlənmişdir. Tərtər rayonunun Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta modul tipli məktəblərin binası tikilib istifadəyə verilmişdir. Rayonun Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik körpələr evi-uşaq bağçalarının tikinti işləri davam etdirilir. 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbi və Tərtər şəhər 5 saylı tam orta məktəbləri üçün yeni məktəb binasının tikinti işləri davam etdirilir, 1 saylı Şıxarx tam orta məktəbi üçün yeni modul tipli məktəb binası quraşdırılmışdır. Rayonda respublika və yerli əhəmiyyətli avtomobil yollarında 1054.5 min manatlıq saxlanma işləri görülmüşdür.
2022-ci ilin yanvar-iyun ayları ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə zolaqlarında 1000-dən çox müxtəlif növ ağaclar, 250 ədəd gül kolları və 10 min ədəd həmişəyaşıl kolları əkilmişdir.
2022-ci ilin yanvar-iyun ayları ərzində ümumi məhsul buraxılışının həcmi rayonumuzda 130 milyon 798.3 min manat olmuşdur. 2021-ci ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi 32.6 faiz artmışdır.
Hesabat dövründə sənaye istehsalı 2.2 dəfə artaraq 8 milyon 527.5 min manat, nəqliyyat xidmətlərinin həcmi 37.4 faiz artaraq 1048.2 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 6.4 faiz artaraq 441.7 min manat, əhaliyə göstərilən ödənişli xidmətlər 5.1 faiz artaraq 17 milyon 736.4 min manat, ictimai iaşə xidmətləri 18.1 faiz artaraq 1 milyon 535.8 min manat olmuşdur.
Rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 33 milyon 152.5 min manat təşkil etmişdir ki, onun 31 milyon 522.1 min manatı və ya 95.1 faizi tikinti-quraşdırma işlərinə yönəlmişdir. 2021-ci ilin müvafiq dövrünə nisbətən əsas kapitala yönəldilən investisiyaların həcmi 2.8 dəfə artmışdır. Cari ilin yanvar-iyun ayları ərzində 1840.6 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə hesabat dövründə 66 yeni iş yeri açılmışdır.
2022-ci ilin 6 ayı ərzində 11 şəhid ailəsinin üzvü, 6 nəfər qazi rayonun ayrı-ayrı idarə və müəssisələrində işlə təmin olunmuşdur.
Rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması diqqət mərkəzində olmuşdur. Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da aqrar sektorun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülmüşdür. 2022-ci ilin yanvar-iyun ayları ərzində kənd təsərrüfatı məhsulunun ümumi həcmi 56 milyon 423.5 min manat təşkil etmişdir ki, onun 33 milyon 923.7 min manatı bitkiçilik, 22 milyon 499.8 min manatı heyvandarlıq məhsullarının hesabına formalaşmışdır.
2022-ci ildə 8102.9 hektar sahədə taxıl becərilib ki, onun 3976.7 hektarı buğda, 4126.2 hektarı arpa olmuşdur. Həmin sahələr yüksək aqrotexniki qaydalara əməl olunmaqla becərilmiş, bütün qüvvələr və kənd təsərrüfatı texnikaları səfərbər edilərək taxıl biçini qısa müddətdə başa çatdırılmışdır. 8102.9 hektar taxıl sahəsindən 33 min 233.1 ton məhsul istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 41.0 sentnerdir. 3976.7 hektar buğda sahəsindən 17 min 341.2 ton buğda, 4126.2 hektar arpa sahəsindən 15891.9 ton arpa məhsul istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 43.6 sentner, arpa üzrə 38.5 sentner olmuşdur. Hər hektardan orta məhsuldarlıq 2021-ci ilə nisbətən buğda üzrə 0.7 sentner, arpa üzrə 0.6 sentner çox olmuşdur. Buğdanın və arpanın məhsuldarlığına görə rayonumuz ölkə üzrə 5-ci yerdədir.
Cari ilin məhsulu üçün 3450.7 hektar sahədə pambıq, 193.4 hektar sahədə şəkər çuğunduru, 2444 hektar sahədə günəbaxan əkilmişdir. Əvvəlki ilə nisbətən pambıq əkini 0.3 faiz, şəkər çuğunduru əkini 73.9 faiz, günəbaxan əkini 4.8 faiz artmışdır. Hazırda texniki bitkilərə aqrotexniki normalara uyğun olaraq suvarma və becərmə işləri aparılır.
2022-ci ildə rayonun kümçüləri 330 qutu barama qurdu saxlamış və 10.2 ton barama tədarük etmişlər.
Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına, fərmanlarına, tapşırıq və tövsiyələrinə uğun olaraq sahibkarlığın inkişafına daim diqqət göstərilir. Hesabat dövründə icra hakimiyyətində sahibkarlarla görüşlər keçirilmiş, onları narahat edən problemlər öyrənilmiş, fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə iş adamlarına lazımi köməklik göstəriləcəyi bildirilmişdir. Sahibkarlığın inkişaf etdirilməsi üçün rayonda münbit şərait yaradıldığının nəticəsidir ki, dövr ərzində rayonda 13 sahibkar hüquqi şəxs kimi, 485 nəfər rayon sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçmişdir.
Hesabat dövründə rayon icra hakimiyyəti vətəndaşların ərizə və müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxılmasını diqqət mərkəzində saxlamışdır.
Milli Qəhrəmanlar, Vətən müharibəsi qəhrəmanları, onların ailə üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər imtiyazlı vətəndaşlar rayon İcra hakimiyyətində növbədənkənar qəbul edilirlər.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, içməli su, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub.
Çıxışının sonunda rayon rəhbəri Dövlət başçısının uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının, tapşırıq və tövsiyələrinin bundan sonra da ardıcıl həyata keçiriləcəyinə, tərtərlilərin ölkəmizin hərtərəfli inkişafına yeni töhfələr verəcəyinə, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi müstəqil dövlətçilik strategiyasına sadiq qalacağına inamını  ifadə edib.
Məruzə ətrafında çıxış edənlər 2022-ci ilin altı ayında ölkəmizin  və Tərtər rayonunun sosial-iqtisadi inkişafına xidmət edən fəaliyyət sahələrində əldə olunan uğurlardan danışıb, rayonda aparılan abadlıq, quruculuq işlərini, infrastruktur lahiyələrinin əhalinin  rifah halının daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıblar.

Tərtərdə 2022-ci ilin altı ayı ərzində görülən işlər müzakirə edildi
Tərtərdə 2022-ci ilin altı ayı ərzində görülən işlər müzakirə edildi
Tərtərdə 2022-ci ilin altı ayı ərzində görülən işlər müzakirə edildi
Tərtərdə 2022-ci ilin altı ayı ərzində görülən işlər müzakirə edildi


Tarix: 25-08-2022, 08:29
Xəbəri paylaş





Xəbər lenti