Bir ay öncə Lerik rayonuna yeni icra başçısı təyin edildi. Londonda təhsil almış və Kənd Təsərrüfatı Nazirliyində çalışmış Əkbər Abbasov qısa müddətdə rayonda bir sıra görüşlər keçirdi. 30 gün ərzində heç bir kadr dəyişikliyi etməyən və beləcə davam edərək, Lerikin problemlərini həll edəcəyini düşünən icra başçısını, əslində, qarşıda ciddi problemlər gözləyir. Bunlar səbəbsiz deyil. Hazırda rayonda bir çoxları o ümiddədirlər ki, Əkbər Abbasov keçmiş icra başçısı Rövşən Bağırovun komandasından xilas olub, yeni komanda quracaq. Hətta ciddi islahat gözləyənlər də az deyil. Amma və lakin görünən odur ki, yeni icra başçısı keçmiş komanda ilə nəinki işləmək fikrindədir, heç onlara toz qondurmaq barədə də düşünmür. Əvvəla Rövşən Bağırovun komandası Lerikdə ad çıxarmış adamlardırlar. “Köhnə komanda” həm oturuşub, həm də diqtə edən tərəf statusuna malikdir. Onların arxasında hal-hazırda kim və ya kimlər dayanır məlum deyil. Lakin bilinən odur ki, adamlar özlərini o qədər güclü hesab edirlər ki, rahatlıqla Lerikdə yeni icra başçısını “təcrübəsiz”, “uşaq –muşaq” kimi təqdim etməkdən belə çəkinmirlər. Bir az konkretləşdirək. Rövşən Bağırovun əsas adamı, Lerikin “boz kardinal”ı kimi ad çıxarmış birinci müavin Cəlil Baxşıyevin adı qarışmayan qalmaqal qalmayıb. Bu adam rayonda pambıqla baş kəsənlər sırasına daxildir. Uzun illərdir ki, eyni vəzifədə olan, son təyinata qədər başçı olacağını düşünən, lakin arzusuna çatmayan Baxşıyevin haqqında mətbuatda gen-bol məlumatlar var. Və bu məlumatların heç biri müsbət mənaları kəsb etmir. Bir digəri icra başçısının müavini Habil Məlikovdur. Elə Əəkbər Abbasov haqqında “təcrübəsizdir”, “uşaqdır” təbliğatını təşkil edən də bu fiqurdur. Maraqlı məqam odur ki, Məlikov özünü yerli, gəlmələri isə “gəmidə oturub gəmiçi ilə dava salan” kimi təqdim edir. Üstəlik, tərübəsiz başçının uğuruz kadr olduğunu deyir. Niyyəti də, cavan, eyni zamanda idarəçilikdə təcrübəsiz olan icra başçısını mərəyə salıb, qanadlarının altına almağa çalışır. Məlikovun planları sırasında bir başqa niyyət daha var. O da köhnədən qalma, amma qarşıdurma yaradacaq problemləri yenidən qabartmağa başlayıb. Əkbər Abbasova onları aktual və yeni problem olaraq təqdim etməkdən də çəkinmir. Güman ki, hədəfi həm kadr dəyişikliyindən yayındırmaq, həm də icra başçısının “bacarıqsızlığını” nümayiş etdirməkdir. Məlikov özünü ağllı və çoxbilmiş göstərməklə həm də digər məmurları yeni icra başçısının hədəfinə qoyur. Köhnə komandanınü üzvü, hazırda Lerik icra başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov da əsas fiqurlardan biridir. “Üçlük” uzun illərin təcrübəsindən yararlanaraq, indiyə qədər ram etdikləri icra başçıları kimi, Əkbər Abbasovu da caynaqlarına almaq istəyirlər. Bunun üçün bütün mümkün imkanlardan yararlanaraq, hər vəchlə ortalığı qarışdırmaqdan da çəkinmirlər. Qəribəsi odur ki, bu adamların hərəkətləri açıq şəkildə ortada olsa da, nə müdaxilə edən var, nə də mane olan. Bu adamların arxasında kim dayanır, bu gücü haradan tapırlar, məlum deyil. Bəzi iddialara görə, onların əsas himayəçisinin deputat İqbal Məmmədov olduğu deyilir. Hərçənd İqbal Məmmədov Lerikdə heç də az olmayan nüfuza və böyük biznesə sahibdir. Onun yerli icra başçıları ilə münasibətlərinin olması da qeyri-adi deyil. Hər halda deputat olaraq istədiyi vaxt icra başçısı ilə görüşməsi mümkündür. Amma mümkündür ki, deputat rayona təyinat almış icra başçılarının ondan asılı vəziyyətdə qalmasında maraqlıdır. Bunun üçün də birbaşa deyil, dolayı vasitələrdən istifadə edir. Həmin dolayı vasitələr isə uzun illər dəstəkləyə biləcəyi, onlara böyük karyera yolu açmış məlum “üçlük” ola bilər. Lerik sakinləri deyirlər ki, hər üç şəxs Əkbər Ağayevlə bəzi məqamlarda açıq, bəzi məqamlarda isə gizli mübarizədədirlər. Onlar əhali arasında isə deyirlər ki, “biz işimizi həll etmişik, tapşırılmışıq, bizə yeni icra başçısı toxuna bilməz. Əgər toxunsa, rayonda ciddi etirazlar yaradacağıq”. Açıq deyirlər ki, icra başçısı bizə toxunsa, onu işləməyə qoymayacğıq. Görünür, lerikliləri hələ uzun müddət məmur qarşıdırması kimi hadisələr məşğul edəcək və əsas problemlər kənarda qalacaq. Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //JAMAZ.İNFO//