Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə
orqanlarının rəhbərləri ilə birlikdə Səhlabad kəndində şəhid Aslanlı Orxanın ailəsində
olub, onların problemləri və qayğıları ilə maraqlanıblar.Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə
göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun
gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar
döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında
torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid
valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan
azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon
rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət
başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı
tapşırdığını bildirib.
Qeyd edək ki, Orxan Aslanlı 1992-ci ilin noyabr ayının 20-də Tərtər rayonunun
Səhləbad kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Aslanlı 2020-ci il sentyabrın 27-də
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad
edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən
müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Aslanlı
oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Səhləbad kəndində
dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə
yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
Sərəncamına əsasən Orxan Aslanlı ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın
azad olunmasına görə", “İgidliyə görə” medalları ilə təltif edilib.
Görüşdə şəhidin Anası şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Tarix: 25-08-2022, 17:29