Kəlbəcər təhsili görün, NƏ GÜNƏ QALIB... - İLGİNC İDDİALAR...



Təhsil millətin gələcəyidir. Kəlbəcər Təhsilində isə o gələcəyimiz bir ədəd əmlik quzudan asılı qalıb. Allah o qoyun-quzunun bərəkətini bol eləsin ki, təhsilimizin gələcəyi nagüman qalmasın.

Allah Rəşad Azaylı kimi gənc müəllimlərimizi təhsilimizdəki ilk qədəmlərini o qoyun-quzuya möhtac etməsin.

İndi isə keçək o əmlik quzunu Kəlbəcər Təhsilinə gətirən səbəblərə.

Rəşad Azaylı 2021-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçərək, Kəlbəcər rayon 38 saylı Tam Orta məktəbdə texnologiya müəllimi kimi fəaliyyətə başlayıb. Bir müddət sonra isə ailə vəziyyəti ilə əlaqədar o, işini buraxaraq Bakı şəhərinə köçməli olub. Bakı şəhərində olduğu vaxt Kəlbəcər rayon 38 saylı Tam Orta məktəbin direktoru Tapdıq Nəsibov ona zəng edərək bildirir ki, ya işə gəlməlisən, ya da əmək haqqı kartını mənə verməlisən. Gənc müəllim isə drektora bildirir ki, əmək haqqı kartı rayon təhsil şöbəsindədir. Bundan sui-istifadə edən məktəbin direktoru T.Nəsibov gənc müəllimdən xəbərsiz rayon təhsil şöbəsindən onun əmək haqqı kartını əldə edir. Bir neçə ay keçəndən sonra gənc müəllim xəbər tutur ki, onun 4 aylıq (aprel, may, iyun, iyul) əmək haqqını məktəb direktoru alır.

Kəlbəcər təhsili görün, NƏ GÜNƏ QALIB...

Təhsildə ilk qədəmlərini atmağa çalışan R.Azaylı məsələ ilə bağlı Kəlbəcər rayon Təhsil sektorunun müdiri Namiq Rəcəbov adlı şəxsin yanına gedərək, ondan kömək istəyib. Həmin şəxs gənc pedaqoqdan problemin həlli üçün bir ədəd əmlik quzu tələb edib. Gənc pedaqoq işinin xatirinə 10-11 kiloluq bir ədəd əmlik quzunu N.Rəcəbova verib.

R.Azaylı daha sonra Kəlbəcər rayon Təhsil sektorunda çalışan Fuad Bağırov adlı şəxsə müraciət edir. Bu dəfə həmin şəxs R.Azaylıdan 10 ədəd əmlik quzunun pulunu (1200-1300 azn) tələb edir.

Kiçik nöqsanlar böyük səhvlərə yol aparır deyirlər. Amma öz pedaqoqlarına elm arzusu aşılamayan təhsilimizi bir ədəd əmlik quzuya qurban verən Namiq Rəcəbovu bu səhvlər və nöqsanlar təhsilimizin ən yüksək zirvəsinə aparıb çıxarır.

Qeyd edək ki, gənc pedaqoq R.Azaylıdan bir ədəd əmlik quzunu alan Namiq Rəcəbov hal-hazırda Kəlbəcər rayon Təhsil sektorunun müdiri vəzifəsində çalışır.

R.Azaylı bütün bu faktlarla bağlı hüquq mühafizə orqanlarına, Təhsil Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq, onun şikayətini araşdırılmadığını iddia edir.

Məsələ ilə Kəlbəcər rayon 38 nömrəli Tam Orts məktəbin direktoru Tapdıq Nəsibovla əlaqə saxladıq. Direktor KanalS.az-a açıqlamasında bildirdi ki, gənc müəllimin səsləndirdiyi iddialar tamam yalandır: “Hüquq mühafizə orqanlarına mən izahat vermişəm. Həmin şəxs atasından, qardaşından da yazıb. Bundan nə gözləmək olar?”

Məsələni ciddiliyini nəzərə alıb, Kəlbəcər rayon Təhsil Sektorunun müdiri Namiq Rəcəbovla əlaqə saxladıq. Sektor müdiri KanalS.az-a Rəşad Azaylının səsləndirdiyi iddialardan məlumatlı olduğunu bildirdi: “Rəşad Azaylının səsləndirdiyi iddialarda korrupsiya faktları var. Bununla bağlı o, Baş Prokurorluğa da məlumat verib. Məsələ barəsində danışmaq nə sizin işinizdir, nə də mənim verəcəyim açıqlamanın bir əsası yoxdur” – deyə sektor müdiri bildirdi.

Yazıda adı çəkilən Kəlbəcər rayon Təhsil sektorunda çalışan Fuad Bağırovla da əlaqə saxladıq. Fuad Bağırov KanalS.az-a açıqlamasında bildirdi ki, “Təhsil sistemindən başı çıxan adam da bilir ki, daimiləşdirməni Təhsil Nazirliyinin keçirdiyi müsabiqə əsasında həyata keçirilir. Müəllimin səsləndiyi iddialar şər-böhtan xarakterli məlumatdır.”

Gənc pedoqoqun səsləndirdiyi iddialarla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxlamağa çalışsaq da alınmadı.

P.S. Bərbad idarə edilən Kəlbəcər rayon təhsilində elə məktəblər var ki, işə gəlmədən maaş alan psixoloqların bircə dəfə üzlərini görmək üçün onları axtarır.

1.Bərdə rayon Nəcəfqulubəyli kəndi, 119 nömrəli tam orta məktəbin direktoru İkram Məmmədov psixoloqu axtarsa da tapa bilmir. Məktəbin psixoloqu Bakı şəhərində yaşaya-yaşaya uzun müddətdir maaş yazılır.

2.Bərdə rayon Təhlə kəndi, 120 nömrəli tam orta məktəbin direktor Duman Zeynalov da psixoloq Mehriban Qarayevanın Gəncə şəhərində yaşamaqla işə getmədən maaş almasına “gözünü yumur”.

3.Mingəçevir şəhər, 114 nömrəli ümumi orta məktəbin psixoloqu Məhəmməd Quliyev də Gəncə şəhərində yaşamaqla işə getmədiyi iddia edilir.

4.Tərtər rayon Şıxarx kəndi 127 nömrəli orta məktəbin direktoru Yaşar Məmmədov psixoloq Cəbrayılov Arazı “yola verir”, psixoloq Gəncədə yaşayır, işə getmir deyə onu gördüm deyən azdır.

5.Bərdə rayon Lənbərən kəndi, 39 nömrəli tam orta məktəbin direktoru Məmmədov Əfqanın da psixoloqu Bakıda yaşayır, direktor sinif müəllimi olmaqla və Bakı şəhərində yaşamaqla ilboyu dərsə gəlmədən maaş aldığı üçün paytaxtdakı psixoloqa da söz deyə bilmir.

Sözün əsl mənasında bu rayonun təhsilinə “təmir“ lazımdır, özüdə rus demiş “kapitalnı”. Bəli ele peşə məktəbinin təmir ustası olmuş Namiq Rəcəbov kimi…

Təhsil haqqında Qanunda və Rayon Təhsil Şöbəsinin Əsasnaməsində qeyd olunub ki, şöbə müdiri vəzifəsini daşıyan şəxsin ali pedoqoji təhsili və 5 ildən artıq pedoqoji stajı olmalıdır. Ancaq bu kateqoriyaların hec biri olmayan, yalniz ixtisas kursu keçmiş birisi necə təhsil şöbəsi müdüri kimi məsul bir vəzifəni yerinə yetirə bilər?. Hansı pedoqoji fəaliyətinə görə Nazirlik bu şəxsi belə bir məsul vəzifəyə təyin edib. Təyin olunan bu kadr inşaat mühəndisi ixtisaslıdır. Bu necə olur?” Təhsil Nazirliyimiz niyə bu məntiqnən kadr islahatı aparır? İxtisasartirma kursu keçsək, deməli, onda hər bir sahədə rəhbər ola bilərik?!. Müdir qalsın bir yana, bəs, niyə qanunvericiliyin tələbləri pozularaq təhsil şöbəsindəki vəzifə daşıyan inspektorlar da 5 ildən artıq pedoqoji təcrübəsi olmayan kəslərdir. Hər halda Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi vaxt tapıb monitorinq aparsa, Kəlbəcər Təhsil Sektorunun qapısına çox güman möhür vurar.

Ümid edirik ki, aidiyyatı qurumlar yazılanlara diqqət ayıracaq, Kəlbəcər məktəblərində tuğyan edən anoloji nöqsanlara “DUR!” deyəcək.

Gənc pedaqoq Rəşad Azaylının redaksiyamıza ünvanladığı video müraciəti olduğu təqdim edirik:



KanalS.az
Tarix: 27-08-2022, 13:58
Xəbəri paylaş





Xəbər lenti