İcra başçısı ilə deputat Şəhid Anasını ziyarət etdilər

İcra başçısı ilə deputat Şəhid Anasını ziyarət etdilər
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Sarıcalı kəndində şəhid Mehti Məmmədovun anası ilə görüşüb, onun problemləri və qayğılari ilə maraqlanıblar.

Siam.az xəbər verir ki, rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunu gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, qazilərə diqqət və qayğı ilə yanaşır.

Milli Məclisin deputatı Sahib Alıyev cəbhə bölgəsində yaşayan tərtərlilərin hər zaman dövlətçiliyə sədaqətli olduqlarını, müharibə dövründə arxa cəbhədə olan sakinlərinin ordu ilə birlik nümayiş etdirdiklərini, qələbəmizə bu yolla töhvələr verdiklərini bildirib.

Qeyd edək ki, N saylı hərbi hissənin əsgəri Məmmədov Mehdi Elçin oğlu 06 aprel 1995-ci ildə Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. 13 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhidin anası Laləzar Məmmədova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

İcra başçısı ilə deputat Şəhid Anasını ziyarət etdilər
İcra başçısı ilə deputat Şəhid Anasını ziyarət etdilər
İcra başçısı ilə deputat Şəhid Anasını ziyarət etdilər
İcra başçısı ilə deputat Şəhid Anasını ziyarət etdilər
İcra başçısı ilə deputat Şəhid Anasını ziyarət etdilər

Tarix: 1-09-2022, 21:54
Xəbəri paylaş





Xəbər lenti