Biləsuvar rayon Elektrik Şəbəkəsində özbaşınalıq- Əlizadə Nəhmədağaoğlu


Son illər ölkədə əhalininn fasiləsiz elektrik enerjisi ilə təminatı sahəsində məqsədyönlü iş aparılır. Bu məqsədlə bir necə il bundan əvvəl, Dövlət Proqramı hazırlanıb. Proqrama əsasən, elektrik enerji istehsalını artırmağa imkan verəcək yeni mənbələrin işə salınması və mövcud infrastrakturun yeniləşdirilməsi nəzərdə tutulmuşdu.     
Hazırda ölkəmizdə elektrik enerji istesal edən stansiyaların gücü 7,172.6 MVt- a catır. Bunları rəsmilər deyir. Əfsuslar olsun ki, nəzərdə tutulan proqramı “Aşərişıq” ASC – nin həyata kecirə bilməsi şübhələr döğurur.                       
 “Azərişıq” ASC- Təchizat idarəsi Regional Təchizat MMC- ləri hər rayonda Elektrik Şəbəkəsi fəliyyət göstərit. Bu qədər qondarma təşkilata malik olan “ Azərişiq” ASC- də vətəndaşların şikayətləri bəzi məmurların ambisiya maraqlarına xidmət edir desəm, yanılmaram. Adicə, sovet dövründən qalma elektrik dirəkləri, naqillər yararsız vəziyyətdə olması, aşağıdan yuxarı orqanlara şikayıtlərə ümumiyyıtlə baxılmır.
“Azərişıq” ASC- dən tutmuş onun idarələrində sırf elektrik mühəndislərini barmaqla saymaq olar. Deyilənlərin fonunda Biəsuvar rayon ElektrikŞəbəkəsində kitab- dəfrər- yerli- dibli itib. Elektrik Şəbəkəsi idarəsində kadralın secilməsi bazar qanunlarına uyğun aparılır. Daha doğrusu şəbəkədə işə götürənlərin əsas hissəsi ixtisası bu sahəyə uyğunlaşdırılmır. Biləsuvar rayon elektrik şəbəkəsində işləyən mühəndis- texniki işcilərin 85- 90 faizi qeyri peşə saibləridir. Hətda elektrik mantyorların sayı hesabı “en” qədər, əksəriyəti elektrik dirəyinə cıxa bilmir, sadəcə olaraq, elektrik mantyor kimi adı gedir. Bu vəya digər səbəblərdən rayonda elektrik enerjisinin verlişində fasilələr yaranır. Mühəndis- texniki işcilər,  Elektrik Enerjisi haqqında anlayışları belə yoxdu. Biləsuvar rayon Elektrik Şəbəkəsini əhatə edən ərazilərdəki kənd qəsəbələrdə, sovet dönəmindən qalma elektrik dirəkləri, hava xətləri yararsız olduğundan bir balaca yel əsən kimi naqillər qırılıb, yerə tökülür. Nəticədə vətəndaıların elektrik vurmasından dünyasını dəyişməsi halları da az olmayıb. Şəbəkədə calışan mütəxəsislər qeyri peşəkar olduğundan transformatorlar bir xətt üzərində yükləndiyindən enerketika sistemində təhlükəli vəziyyətə gətirib cıxardır. Digər əsas səbəblərdən biridə transformatorların istismar müddəti başa catdəğından, qoruyucular, acarlar tam yararsız olmasıdır. Elektri xətlərinin yararsız olması nəticəsində fantastik elektrik enerrjisi itksi yaranır Təbii ki, enerji itgilərini vətəndaların hesabına silinir. Bir necə il bundan əvvəl Biləsuvar rayonun Bakı- Astara mərkəzi yoluna yaxın ərazilər müasir elektrik avadanlıqlar   ilə yeniləndi. Rayonun kənd qəsəbələrindəki köhnə transformatorlar rənglənib, əhatəyə alındı. Guman etmək olar ki, yeni avadanlıq kimi, görüntü yaratmaq məqsədi daşıyır.                                                                                             Yuxarıda söylədiyim məsələləri yerindəcə araşdırmaq ücün Biləsuvar rayon Elektrik Şəbəkəsi idaəsinin direktoru Rafail Məmədovun qəbulunda olmağa calışdım. İdarə binası cox yaraşıqlı, müasir memarlıq üsulu ilə iki mərtəbli binada yerləşir. Mebel, avadanlıqlar mühasir kompyuterlər, mütəxəsislər hərəsi ayrı kabnetlərdə , yayda kondinsener, qışda komi ilə qızdırılır.                                                                                                                 Nəhayət güc-bəla ilə direktorun qəbuluna düşə bildim. Direktorun kabineti də şah otağına oxşayır. Biləsuvar rayon və onu əhatə edən kənd qəsəbəsindəki Elektrik Təsərüfatının bərbad olmasının səbəblərinə aydınlıq gətirilməsini xahiş etdim. Direktor gələcək iş planlarından ağız dolusu danışdı, əlbədə bu bir nağıl idi. Elektrik sayğacların düzgün işləməsindində, yenisi ilə əvəz edilməsini vurğuladım. Direktor Rafail Məmmədov, sayğac göstəricisini köhnə illərlə müqayisə etməklə vəziyyətdən yayınmağa calışdı. Amma, amması ondadı ki, elektrik sayğacların doğru işləməsinin yoxlanmasının qızıl qanunları var. Adicə təxminən bir elektrik lanmasını tutaq ki, 100vt gücündə bir saat yanmaqla, 100vt olmalıdı. Artıq və ya az olarsa elektrik sayğacı düz işləmir və s. Direktor mənimlə razılaşdı və söz verdi ki, mənim iştirakım ilə səxsən özü gəlib yoxlayacaq. O vaxtdan bir müddət kecir. Hələ də Biləsuvar rayon Elektrik Şəbəkəsinin direktoru Rafail Məmmədovun yolunu gözləyirik. Gələn kimi sizləridə məlumatlandıram.                                                              “Azərişiq” ASC-nin rəhbərləri deyilənlərdən halı olsalar da Biləsuvar rayon Elektrik Şəbəkəsindəki özbaşnalığa əncam cəkmək istəmir. Görünür bu hallar onların öz maraq dairəsindədir.                                                                                                                      Vəssalam!  
 
Əlizadə Nəhmədağaoğlu   
Siam.az   
                                                                                                                                       
Tarix: 5-09-2022, 22:05
Xəbəri paylaş





Xəbər lenti