Tərtərdə sahibkarlarla marifləndirici söhbətlər aparılıb


5 avqust 2022-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətində rayon ərazisində 
sahibkarlıq obyektləri tikmək istəyən vətəndaşların bir qrupu ilə rayon icra 
hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Azərbaycan Respublikası Dövlət 
Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və 
Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsini icra edən İlqar Sadıqovun, rayon icra 
hakimiyyəti başçısının birinci müavini Elvin Umudovun, rayon icra hakimiyyəti başçısı 
aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Tofiq Kərimovun, Qarabağ 
Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Siyavuş Alışovun iştirakı ilə 
görüş keçirilib.
Görüş zamanı sahibkarlıq obyektləri tikmək istəyən vətəndaşlar dinlənilib və onlara 
tikinti aparamağa icazə verilməsi üçün şəhərsalma və tikinti məcəlləsinin 75-ci maddəsi 
izah olunub, sahibkarlar arasında maarifləndirmə işləri aparılıb. 
Qəbulda iştirak edənlərin sualları mütəxəsislər tərəfindən cavablandırılıb. Onlar verilən 
izahatlardan razı qalıblar. Sahibkarlar görüşün təşkili və dövlət tərəfindən onlara 
hərtərəfli dəstək göstərildiyi üçün respublika Prezidenti cənab İlham Əliyevə öz 
minnətdarlıqlarını bildiriblər.
Siam.az
Tarix: 7-09-2022, 21:35
Xəbəri paylaş





Xəbər lenti