Sentyabrın 14-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovla birlikdə rayonun Xoruzlu
kəndində Respublika Prezidenti cənab İlham Əliyevin Tərtər rayonuna 3 iyun 2020-ci il
tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi
binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamı ilə tikilən 432 şagird yerlik
məktəbdə açılışa hazırlıq işləri ilə tanış olub, müvafiq tövsiyyə və tapşırıqlarını veriblər.
Qeyd edək ki, ümumi tikinti sahəsi 2374 kvadratmetr olan məktəb binası zirzəmi ilə
birlikdə üç mərtəbədən ibarətdir. Məktəbdə sinif otaqları, kimya, biologiya və fizika
laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, informatika
və hesablama texnologiyası kabinələri, idman və akt zalları, elektron kitabxana,
yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və
yanğından mühafizə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar
quraşdırılıb.
Məktəbin həyətinə hasar çəkilib, nəzarət buraxılış məntəqəsi, şəhidlər abidəsi,
qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və
yanğın əleyhinə su anbarları inşa edilib, subartezian quyusu qazılıb, işıqlandırma
dirəkləri basdırılıb.
Siam.az
Tarix: 15-09-2022, 16:20