Keçmiş deputatdan Şəmkirin icra başçısına ETİRAZ... - "Ayıbdı e cənab Başçı..."

Keçmiş deputatdan Şəmkirin icra başçısına ETİRAZ...
"Şəmkirdə Qazi və Şəhid adına olan münasibətdən xəbərdaram. Amma rayonun İcra başçısı az qala hər gün şəhid ailəsi və qazilərlə fotosessiya paylaşıb, imitasiya edir". DİA.AZ bildirir ki, bu açıqlama ilə keçmiş deputat Etibar Hüseynov çıxış edib.

Deputat daha sonra davam edir: "Bu foto da bu gün paylaşdığı fotosessiyadandı. Başçı ilə rəsmi görüşə gələn qazinin geyiminə diqqət edin. İsti havada qolu uzun poliver və köhnə "şəpi". O əyninə geyindiyi poliver də bəlkə qardaşından və ya qonşudan alınmadı. Bu sıradan olan görüşlərin görüntü xatirinə edilməsinə bir sübut da odur ki, Qazilər görüşdən əli boş qayıdır.

Keçmiş deputatdan Şəmkirin icra başçısına ETİRAZ...

Heç olmasa bu kasıb balalarına bir televizor və ya telefon hədiyyə etmək çoxmu xərc tələb edirdi? Ayıbdı e cənab Başçı, ayıb. Heç olmasa bu insanların adı altında tamaşa qurmayın..."
Tarix: 16-09-2022, 16:55
Xəbəri paylaş





Xəbər lenti