Rayon rəhbərinin sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib


Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə 
növbəti Aparat müşavirəsi keçirilib.

Aparatın məsul əməkdaşlarının, idarə, müəssə, təşkilat rəhbərlərinin, ərazi icra 
nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə öncə 
torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir 
dəqiqəlik sükutla yad edilib.
Müşavirədə  əsasən aqrar sahədə aparılan mövsümi işlər, pambıq yığımı ilə əlaqədar hazırlıq 
işlərinin görülməsi, əkin sahələrinin suvarma suyu ilə təminatı, vətəndaş müraciətlərinə mövcud 
qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və qazilərin problem və 
sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Vətən 
müharibəsi şəhidlərinin ailələrinin və əlilliyi təstiq edilmiş qazilərin sosial rifahının yaxşılaşdırılması 
üçün bələdiyyələr tərəfindən əlavə torpaq sahəsi ilə təmin edilməsi, qəbullarda vətəndaş 
məmnunluğunun təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron 
sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində 
nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, şöbələr üzrə verilmiş tapşırıqların icra 
vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə 
uyğun təmin edilməsi, yaşayış məntəqələrinin ərazisində mütəmadi olaraq təmizlik işlərinin 
aparılması və digər məsələlərlə bağlı məsələlər müzakirə olunub.
Müzakirə olunan məsələlər ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti idarə, təşkilat rəhbərlərinə, 
inzibati ərazi dairəsi üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələr 
verilib.
Tarix: 17-09-2022, 23:01
Xəbəri paylaş





Xəbər lenti