Tərtərdə şəhid Məftun Əhmədzadənin üç mərasimi keçirilib


Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-
mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər 
veteranlar, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, sakinlər  iştirak edib.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər 
salınıb, xatirələri ehtiramla anılıb.

Qeyd edək ki, Tərtər rayonunun Evoğlu kənd sakini 1996-cı il təvəllüdlü, Azərbaycan 
Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər 
Əhmədzadə Məftun Seymur oğlu Ermənistan tərəfindən sərhəddə törədilən 
genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. 
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.
Tarix: 18-09-2022, 22:50
Xəbəri paylaş





Xəbər lenti