İcra başçısının Soyulan kəndində səyyar qəbul-görüşü keçirilib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun
Soyulan kəndində səyyar qəbul-görüşü keçirilib.
Siam.az xəbər verir ki, qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət
təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri,
bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları kənddə
şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini
ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin başçısı Sentyabrın 13-də Ermənistan Silahlı qüvvələrinin
Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi
genişmiqyaslı təxribatdan danışıb, şəhid olan hərbiçilərimizin ailələrinə dərin hüznlə
başsağlığı verib, Ulu Tanrıdan onlara rəhmət diləyib.
Sonra rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında
məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və
qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq
işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş
həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə
rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən
göstərilən dəstəkdən danışıb.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər
barədə də məlumat verib.
Bildirilib ki, Soyulan kəndinin 181,1 hektar ərazisi, 136 təsərrüfatı, 537 nəfər əhalisi,
138,2 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 poçt, 1 ATS, 1 kitabxana, 2 ticarət və
1 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla
məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su ilə təmin olunublar.
Sakinlər 322 baş iribuynuzlu, 569 baş xırdabuynuzlu heyvan, 1938 baş quş saxlayır,
kümçülüklə də məşğul olurlar.
Soyulan kəndində son üç ildə 1 ədəd subartezian quyusu qazılıb, 5000 metr su arxı
lildən təmizlənib,  kəndin mərkəzi yoluna asfalt örtüyü salınaraq kənar hissələri
abadlaşdırılıb.
İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və
digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin
sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən
danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər
kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin
aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Əskinaz Məmmədova işıq naqillərinin sip kabellə əvəzlənməsi,
İldırım Əliyev həyətyanı torpaq sahəsinin zəbt olunması, Nicat Məmmədov
özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıq aktivləri ilə təmin olunması,
Rasim Həsənov övladlarının işlə təmin olunması, Valeh İsmayılov arx yerinin zəbt
olunması, Aydın Quliyev Alışarlı kəndinə gedən yola asfalt örtüyünün çəkilməsi, Ağalar
Həsənov içməli su ilə təminat, İntiqam Sarıyev yeni subartezian quyusunun qazılması
və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon
rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına,
şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildiriblər.


İcra başçısının Soyulan kəndində səyyar qəbul-görüşü keçirilib
İcra başçısının Soyulan kəndində səyyar qəbul-görüşü keçirilib
İcra başçısının Soyulan kəndində səyyar qəbul-görüşü keçirilib


Tarix: 22-09-2022, 21:48
Xəbəri paylaş





Xəbər lenti