27 sentyabr Anım günü ərəfəsində rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə ucaldılmış abidə və bulaqların ətrafında təmizlik işləri aparılıb


Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 02 
dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, 
Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi 
bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram 
əlaməti olaraq 27 sentyabr Anım günü kimi qeyd olunur.
27 sentyabr Anım günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, 
Gənclər və İdman İdarəsinin, Olimpiya İdman Kompleksinin əməkdaşları, N saylı hərbi hissənin 
əsgərləri və könüllülər şəhər ərazisində yerləşən Şəhidlər Abidə Kompleksində, Milli Qəhramanlar 
Vəzir Orucovun, Elman Hüseynovun abidəsinin, şəhidlərin adına inşa edilmiş bulaqların, xatirə 
lövhələrinin ətrafında təmizlik və abadlıq işləri aparıblar.
Xalqımız öz igid oğullarını unutmur, həmişə onların xatirəsini əziz tutur, “Şəhidlər ölməz, Vətən 
bölünməz”, deyir.
SİAM.AZ
 
Tarix: 24-09-2022, 14:38
Xəbəri paylaş





Xəbər lenti