Tərtər rayonunun 5 məktəbində Türk Qızılay Cəmiyyəti tərəfindən quraşdırılan uşaq oyun meydançası istifadəyə verilib



Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Zeki 
Öztürk, Türk Kızılay Gennel Sekreteri Yusuf Ramazan Sayğılı və Azərbaycan Qızıl Aypara 
Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyevlə birlikdə Tərtər rayonuna səfər ediblər. Səfərin 
məqsədi rayonun Dəmirçilər, Cəmilli, Seydimli, Qazyan və Evoğlu kənd tam orta məktəblərində 
Türk Qızılay Cəmiyyəti  tərəfindən uşaqlar üçün tikilən oyun meydançalarının açılışında iştirak 
etmək olub. Tədbirə Qarabağ Regional Təhsil idarəsinin müdiri Gündüz Əbilov, KİV 
nümayəndələri, şəhid və qazi ailələri, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət 
nümayəndələri qatılıblar.
Tədbir iştirakçıları əvvəlcə Evoğlu kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından 
keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüblər. 
Sonra rayonun Evoğlu kənd tam orta məktəblərində inşa edilmiş oyun meydançasının açılışı olub. 
Tədbirdə çıxış edən Türk Kızılay Gennel Sekreteri Yusuf Ramazan Sayğılı, Azərbaycan Qızıl 
Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev Türkiyə-Azərbaycan dostluğundan danışıb, 
Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu bildiriblər.
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “İki 
dövlət tək millət” sözlərini və Mustafa Kamal Atatürkün “Azərbaycanın qədəri qədərimiz, sevinci 
sevincimizdir” sözlərini dilə gətirib, iki qardaş dövlət arasında hər zaman sıx dostluq əlaqələrinin 
olduğunu bildirib.
Türk qurumlarının Azərbaycanın fərqli bölgələrində müxtəlif lahiyələr həyata keçirdiyini dilə gətirən 
səfir məktəbliləri sevindirmək məqsədilə Türk Kızılayın Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə 
birgə Fizuli, Tərtər və Ağdam rayonlarında 16 uşaq oyun meydançası qurduğunu, burada 
uşaqların asudə vaxtlarını maraqlı keçirəcəyini deyib. Səfir açılışın xeyirli, uğurlu olmasını 
arzulayıb.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səfirə tərtərlilər adından öz 
minnətdarlığını bildirib, Türkiyə-Azərbaycan dostluğunun əsrlərin sınağından keçdiyini, 
xalqlarımızın dini bir, dili bir dost, qardaş ölkə olduğunu qeyd edib.
Quraşdırılmış uşaq oyun meydançası məktəblilərin istifadəsinə verilib.
Tarix: 27-09-2022, 08:42
Xəbəri paylaş





Xəbər lenti