Anım Günü ilə əlaqədar Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən tədbir keçirilib
Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram olaraq 27 sentyabr – Anım Günü ilə əlaqədar Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən tədbiri keçirilib.
Siam.az xəbər verir ki, Bərdə rayon Mədəniyyət Mərkəzinin qarşısında baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb. Tədbirdən sonra Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, Təhsil, Bərdə regional Asan Xidmət Mərkəzi, ictimaiyyət nümayəndələri, Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və çoxsaylı mədəniyyət işçilərinin iştirakı ilə rayon ərazisində yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş Birinci Qarabağ və Vətən Müharibəsi şəhidlərinin məzarlarını önünə gül dəstələri qoyulub. Sonda Bərdə Regional Asan Xidmət Mərkəzi və regional mədəniyyət idarəsinin kollektivi tərəfindən Bərdə terrorunda şəhid olan dinc sakinlərin əziz xatirəsinə yaradılmış “Xatirə lövhəsi” ziyarət olunub, mülki şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tarix: 27-09-2022, 21:22