Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə 27 sentyabr-Anım günü ilə əlaqədar təşkil olunan ehsan mərasimində iştirak ediblər
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı
Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Şıxarx
qəsəbəsində 27 sentyabr-Anım günü ilə əlaqədar şəhidlərə verilən ehsan mərasimində
iştirak ediblər.Onlar mərasimdə iştirak edən şəhid və qazi ailələri ilə görüşüb, qayğıları ilə maraqlanıb,
mərasim iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparıblar.
İcra başçısı bildirib ki, ehtiyacı olan bütün şəhid və qazi ailələrinə dövlət tərəfindən
köməklik göstərilir, onlara mənzillər verilir, qazilərimiz ən müasir protezlərlə, minik
avtomobilləri ilə təmin edilir.
Şəhid və qazi ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən
tədbirlərə “Heydər Əliyev” və “Yaşat” fondu tərəfindən də əlavə dəstək verilir, köməklik
göstərilir.
Rayonumuzda da mütəmadi olaraq şəhid və qazi ailələri ziyarət edilir, onların
problemləri yerində həll olunur. Küçələrə, məktəblərə, sinif otaqlarına şəhid adları verilir,
onların xatirəsi əbədiləşdirilir, şəhidlərin xatirəsinə bulaqlar, abidə kompleksləri inşa
olunur.
Mərasim iştirakçıları şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya
görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 27-09-2022, 21:27