İcra başçısı mülki şəhid Mehman Əliyevin ailəsini ziyarət edib

İcra başçısı mülki şəhid Mehman Əliyevin ailəsini ziyarət edib
28 sentyabr 2020-ci il. Həmin gün Tərtər şəhərinin erməni silahlı qüvvələri tərəfindən
atəşə tutulması nəticəsində 43 yaşlı Əliyev Mehman Sovet oğlu şəhid olub.
Bu gün Tərtər rayon rəhbəri Müstəqim Məmmədov şəhidin ildönümü münasibəti ilə onun
ailəsində olub.
Şəhidin ruhuna dualar oxunub, onun keçdiyi ömür yoluna bir daha nəzər salınıb.
Mehman Əliyev 1977-ci ilin sentyabr ayının 4-də Tərtər şəhərində anadan olub. 1991-ci
ildə Tərtər rayon Uşaq Musiqi Məktəbini,1996-cı ildə Ü.Hacıbəyov adına Ağdam Musiqi
Texnikumunu qarmon ixtisası üzrə bitirib. Tərtər rayon Uşaq Musiqi Məktəbində müəllim
işləyib.
Mehmanın özündən sora 3 övladı yadigar qalıb.
Ailə dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub.
Rayon rəhbəri şəhidin ailəsinə başsağlığı verərək, onlara səbr diləyib, şəhidlərin Tanrı
dərgahında öz yerinin olduğunu bildirib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən xüsusi  diqqət və qayğıya görə möhtərəm
Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
“Şəhidlər ölməz, Vətən bölünməz!”

İcra başçısı mülki şəhid Mehman Əliyevin ailəsini ziyarət edib
İcra başçısı mülki şəhid Mehman Əliyevin ailəsini ziyarət edib
İcra başçısı mülki şəhid Mehman Əliyevin ailəsini ziyarət edib


Tarix: 28-09-2022, 17:50
Xəbəri paylaş





Xəbər lenti