İcra başçısı Vətən Müharibəsi şəhidi Aslanov Xəyal Qüdrət oğlunun ikinci ildönümü münasibət ilə təşkil olunmuş yas mərasimində iştirak edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən Müharibəsi 
şəhidi Aslanov Xəyal Qüdrət oğlunun ikinci il dönümü münasibəti ilətəşkil olunan yas 
mərasimində iştirak edib, ailəsinə başsağlığı verib.

Aslanov Xəyal Qüdrət oğlu 1994-cü 
ildə Tərtər rayonun Çardaqlı kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində 
rayonun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə 28 sentyabr 2020-ci il 
tarixdə, 26 yaşında şəhid olub.
Xəyal  Aslanov ölümündən sora “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, 
“Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə 
təltif olunub.
Xəyalın əziz xatirəsi daima bütün Tərtərlilərin qəlbində yaşayır və yaşayacaq. Bu sözləri 
rayon rəhbəri  şəhidin ailə üzvləri ilə görüşündə deyib, ailənin qayğıları ilə maraqlanıb 
onlara səbr diləyib.
Şəhidin ailə üzvləri onlara göstərilən xüsusi  diqqət və qayğıya görə möhtərəm 
Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz 
minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
 

Tarix: 29-09-2022, 22:58
Xəbəri paylaş





Xəbər lenti