Rayon rəhbəri mülki şəhid qardaşlar Xaliq və Elşən Abbasovların ailəsini ziyarət edib




Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mülki şəhid qardaşlar 
Xaliq və Elşən Abbasovların ailəsinə baş çəkib, onların dərdlərinə şərik olaraq 
başsağlığı verib.

Əvvəllər olduğu kimi 44 günlük Vətən müharibəsində də təcavüskar Ermənistan 
beynəlxalq hüququn norma və prinsiplərini pozaraq yaşayış məntəqələrimizi atəşə 
tutub, dinc sakinlər həlak olub, yaralanıblar. Belə ailələrdən biri də Abbasovlar ailəsidir. 
2020-ci ilin sentyabr ayının 29-da təxribatçıların rayonun Şıxarx qəsəbəsini atəşə 
tutması nəticəsində Abbasovlar ailəsi bir gündə iki oğlunu Xaliq və Elşəni itirdilər, xeyli 
insan isə xəsarət aldı. Bu erməni vəhşiliyinin daha bir təzahürü idi. 
“Ermənilər beynəlxalq müstəvidə tökülən günahsız insanların qanına görə cavab 
verməlidirlər”,-bu sözləri Vətən müharibəsində iki mülki oğlu şəhid vermiş Asif kişi deyib. 
Şəhid olan Xaliqin 41, Elşənin isə 35 yaşı var idi.
Allah şəhidlərimizə rəhmət eləsin!
Dövlət tərəfindən şəhidlərin ailəsi hərtərəfli qayğı ilə əhatə olunub, onlara maddi və 
mənəvi dəstək göstərilib.
Abbasovlar ailəsi bu dəstəyə görə ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə 
və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 29-09-2022, 23:20
Xəbəri paylaş





Xəbər lenti