İcra başçısı direktoru məktəbdə tapmayıb, Təhsil İdarəsi qarşısında məsələ qaldırıldı - FOTO


Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədi ilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub.
 
Pravda.az-ın xəbərinə görə, Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub, təəssüflər olsun ki, məktəbdə nə direktor nə də müəllim olmamışdır. Həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb. Acınacaqlı hal ondan ibarətdir ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir.
 
Rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb.
 
Kənan
 Fotoları təqdim edirik









Tarix: 2-10-2022, 10:54
Xəbəri paylaş





Xəbər lenti