Tərtərin icra başçısı qazinin səhhəti ilə maraqlanıb

Tərtərin icra başçısı qazinin səhhəti ilə maraqlanıb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 3 oktyabr 2022-ci il tarixdə ehtiyatsızlıqdan avtomobil qəzası törədərək xəsarət almış, 1998-ci il təvəllüdlü, 2-ci qrup Vətən müharibəsi qazisi İsmayıllı Kamal Adil oğluna baş çəkib, onun səhəti və qayğıları ilə maraqlanıb.
Siam.az xəbər verir ki, qazi hazırda rayon mərkəzi xəstəxanasında müalicə olunur. İcra başçısı rayon mərkəzi xəstəxanasının publik huquqi şəxsi Sərxan Cəlahaniyə qazinin müalicəsi üçün tapşırıq və tövsiyələrini verib.
Kamal İsmayıllı şəhid və qazi ailələrinə, şəxsən onun səhhətinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edib.

Tərtərin icra başçısı qazinin səhhəti ilə maraqlanıb
Tərtərin icra başçısı qazinin səhhəti ilə maraqlanıb
Tərtərin icra başçısı qazinin səhhəti ilə maraqlanıb


Tarix: 4-10-2022, 17:07
Xəbəri paylaş





Xəbər lenti