Bərdədə 200-ə yaxın ailənin axırı NƏ OLACAQ? - Prezidentə müraciət olundu

Bərdədə 200-ə yaxın ailənin axırı NƏ OLACAQ?
Bərdənin Sənaye küçəsinin sakini olan 200-ə yaxın ailə su problemindən əziyyət çəkir.

Yeni salınmış məhəllənin sakinləri bildirirlər ki, yaşadıqları ərazidə artezian quyusu yoxdur. Sakinlər içməli suyu digər ərazilərdən ya avtomobillə, ya da əllə daşımalı olurlar. 10 ildən çoxdur ki, bu küçədə yaşasalar da suları yoxdur.

Bərdənin Sənaye küçəsi yeni salınmış məhəllələrdəndi. Sakinlər su mənbəyi kimi quyulardan istifadə edirlər. Lakin quraqlıq səbəbindən quyular quruyub.

Hazırda su onlar üçün əlçatmaz olub

Sakinlərin sözlərinə görə, hazırda içməli suyu satın almağa məcbur qalıblar. Bu da onlara baha başa gəlir. Sakinlər problemin birdəfəlik həlli üçün yaşadıqları ərazidə yeni artezian quyusunun qazılmasını istəyirlər.

Sakinlərin üzləşdiyi problemlə bağlı Bərdə Su-Kanal İdarəsindən bildirilib ki, sözügedən yaşayış məhəlləsi onların xidməti ərazisi deyil. Yaranmış problemə görə məsuliyyət daşımırlar.

Rayon icra hakimiyyətindən isə Belediyye.netə bildirilib ki, yeni salınmış məhəllədə içməli su ilə bağlı çətinlikdən xəbərləri var. Bununla bağlı rayon icra hakimiyyəti tərəfindən lazımi dövlət orqanlarına müraciət olunub. Yaxın gələcəkdə Bərdə şəhərinin içməli su və kanalizasiya xətti layihəsi həyata keçiriləcək. Bu layihəyə sözü gedən ərazi də salınıb.

Mövzu ilə bağlı Belediyye.netin sujeti:




Tarix: 7-10-2022, 22:55
Xəbəri paylaş





Xəbər lenti