Tərtərdə abadlıq işləri görülür

Tərtərdə abadlıq işləri görülür
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin küçələrində təmizlik və abadlıq işləri davam etdirilir.

Bu günlərdə “Azərbaycan Bayrağı ordenli” şəhid İlqar Həsənov, şəhid Mehrac Mahmudov, şəhid Ruslan Şahbazov, Məmməd Əmin Rəsulzadə, Rəsul Rza, Firudin bəy Köçərli, Həsən bəy Zərdabi, Fikrət Əmirov və Hüsü Hacıyev küçələrində yol kənarları kol-kosdan təmizlənib, ağaclar budanıb, küçələrdə səliqə-sahman yaradılıb.

Siam.az xəbər verir ki, rayon icra hakimiyyəti şəhər sakinlərini bu təşəbbüsə dəstək verməyə, hər kəsi yaşadığı küçəni təmiz saxlamağa səsləyib. Təşəbbüs sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Tərtərdə abadlıq işləri görülür
Tərtərdə abadlıq işləri görülür


Tarix: 14-10-2022, 09:37
Xəbəri paylaş





Xəbər lenti