Rayon rəhbəri Vətən müharibəsi şəhidi Məmmədov Mehdi Elçin oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib




Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və 
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi 
Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədov ilə birlikdə daha  bir 
tərtərli şəhidin, rayonun Sarcalı kəndindən olan Məmmədov Mehdi Elçin oğlunun ikinci 
ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, ailə üzvlərinə başsağlığı verib, qayğıları ilə 
maraqlanıb. Tərtər Cümə Məscidinin imamı  Sadiq Cəfərov  torpaqlarımızın ərazi 
bütövlüyü uğrunda canından keçmiş, torpağı qanları ilə Vətənə çevirən şəhidlərimizin 
ruhuna dualar oxuyub.
Mehdi 01 fevral 2002-ci ildə Tərtər rayonunun Sarcalı kəndində anadan olub.
27 sentyabr 2020-ci il tarixdə başlanan 44 günlük Vətən müharibəsində 
torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə qatılıb. Oktyabrın 13-də 
Ağdərə istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidin ölüm xəbərini alan nişanlısı Mələk dəfn mərasimi başa çatmamış özünə 
qəsd edib, daha bir məhəbbət dastanı yazıb. Hər ikisi Sarcalı kəndində qoşa məzarda 
dəfn olunub.
Mehdi Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 
müvafiq Sərəncamları ilə “Vətən uğrunda,” “Ağdamın azad olunmasına görə,” 
“Suqovuşanın azad olmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif 
olunub.
Şəhidin anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Tarix: 14-10-2022, 16:15
Xəbəri paylaş





Xəbər lenti