Okyabrın 14-də Tərtər rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülər ilə görüş keçirilib. Görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov könüllü gəncləri təbrik
edərək, könüllüllük hərəkatının əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar
arzulayıb, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin
bütün sahələrində onların fəal iştirakına şərait yaratmaq, peşə vərdişlərini aşılamaq və təcrübi
biliklərini artırmaq, gənclərin yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və
könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə
gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edildiyini bildirib.
Rayon rəhbəri ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər
üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdirildiyini,
Azərbaycan gənclərinin Respublika prezidenti ətrafında sıx birləşdiyini və könüllülərimizin
fəaliyyətinin çox önəmli olduğunu qeyd edib.
Bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirləri, dünya və Avropa miqyaslı idman yarışlarını
könüllülərsiz təsəvvür etmək mümkün olmadığını bildirİb. Qeyd olunub ki, könüllülərin fəaliyyətinə
qoşulmuş 15 nəfər gəncdən artıq 8 nəfəri Tərtər rayon İcra Hakimiyyətində, 1 nəfər isə YAP rayon
təşkilatında müvafiq işlə təmin olunub.
Görüşdə çıxış edən könüllülər gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi qiqqət və
qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Tərtər rayon könüllülər qrupunda fəaliyyətə qoşulmuş və könüllü kimi 2 ay müddətində işləyib
müqavilə öhdəliklərini uğurla başa vuran 3 nəfər gəncə rayon icra hakimiyyətinin başçısı
Müstəqim Məmmədov tərəfindən xüsusi sertifikatlar təqdim edilib və 2 nəfər könüllü gənclə yeni
müqavilə bağlanıb.
Tarix: 14-10-2022, 21:40