Rayon rəhbəri mülki şəhid Axundov Ədavət Zahid oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib
Ermənistan Silahlı qüvvələri 44 günlük Vətən müharibəsi zamanı 1949-cu il tarixli
Cenevrə Konvensiyasının norma və prinsiplərini pozaraq Tərtər şəhərini və kənd
yaşayış məntəqələrini mütəmadi atəşə tutur, mülki əhaliyə qarşı terror əməlləri
törədirdilər. Ədavət Axundov da erməni vandallığının qurbanlarındandır. Tərtər şəhəri, Hüseyn Cavid küçəsində yaşayan Ədavət Axundov 14 oktyabr
2020-ci il tarixdə ermənilərin atdığı raketin onun evinə düşməsi nəticəsində şəhid olub.
Mülki şəhidin ikinci ildönümü ilə əlaqədar rayon rəhbəri Müstəqim Məmmədov
YAP rayon təşkilatının sədri ilə birlikdə şəhidin ailəsinə baş çəkib, onlara başsağlığı
verib.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxuyub,
erməni vəhşiliyinin qurbanı olan Ədavət Axundovun xatirəsi anılıb.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tarix: 14-10-2022, 21:50