İcra başçısı Vətən müharibəsi şəhidi Şəmilov Azər Elyas oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə 
orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının  sədri və Tərtər Cümə Məscidinin 
imamı ilə birgə Vətən müharibəsi  şəhidi, tibb xidməti leytenantı Azər Şəmilovun ikinci 
ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, onlara başsağlığı verib.

 Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov torpaqlarımızın işğaldan azad 
olunması uğrunda  həlak olan şəhidlərin ruhuna dualar oxuyub, Azər Şəmilovla bağlı 
xatirələr dinlənilib.
49 yaşlı tibb xidməti baş leytenantı Azər Şəmilov  Tərtər rayonunun Hacallı 
kəndində anadan olub. O, 2020-ci ilin sentyabr ayında təlimlərə cəlb olunub və 
müharibə başlayandan ön cəbhədə Tərtər rayonunun Suqovuşan, Talış kəndləri 
istiqamətlərində  xidmət  edib, yüzlərlə  yaralıya ilkin tibbi yardım göstərib. 
O, 14 oktyabr 2020-ci il tarixdə qucağında  tibbi yardım göstərdiyi yaralı ilə birgə 
Suqovuşan istiqamətində  gedən döyüşlərdə şəhid olub və Bərdə rayonunun  Kələntərli 
kəndində dəfn olunub.
Ölümündən sonra Azər Şəmilov Azərbaycan Respublikası Prezidentinin müvafiq 
Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad 
olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Azər Şəmilovun xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tarix: 14-10-2022, 22:03
Xəbəri paylaş





Xəbər lenti