Rayon rəhbəri mülki şəhid Zamanov Şakir Xasay oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib


Erməni terrorçularının Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutması 
nəticəsində 16 nəfər mülki şəxs şəhid olmuş, 63 nəfər yaralanmışdır. Cəbhədə 
məğlubiyyətləri ilə barışmaq istəməyən erməni vandalları dəfn zamanı şəhər 
qəbristanlığını artilleriya atəşinə tutmuş, nəticədə 4 nəfər tərtərli şəhid olmuş, 6 nəfər isə 
yaralanmışdır. Həmin şəhidlərdən biri də Zamanov Şakir Xasay oğludur. 
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının 
sədri ilə birlikdə şəhidin ikinci ildönümü ilə əlaqədar onun ailəsində olub, başsağlığı 
verib, ailənin qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov 
şəhidlərin ruhuna dualar oxuyub.
Rayon rəhbəri Vətən müharibəsində Tərtər şəhərini və kənd yaşayış məntəqələrinin 
erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində rayonun infrastrukturuna 
dəyən ziyandan, mülki əhalinin həlak olması və yaralanmasından, ermənilər tərəfindən 
törədilən terror hadisələrinin dünya ölkələri tərəfindən düzgün qiymətləndirilməsindən 
söhbət açıb, şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban 
xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tarix: 16-10-2022, 22:10
Xəbəri paylaş





Xəbər lenti