Jurnalist: “Niyə Zaqatala sakinlərinin problemlərini həll edən yoxdur, rayon rəhbərliyi bunları görmür?”


“Bir neçə gün Zaqatalada oldum. Hər kəs rayonun saysız hesabsız problemlərindən o qədər danışdılar ki, dəhşətə gəldim. İllərdir, davam edən su problemi, yolların bərbad durumu, bahalaşma, hər şeyin qiymətinin qalxdığı bir zamanda kəndçidən fındığın ucuz qiymətə alınması, hələ də qazı olmayan kəndlər, küçələr və bir çox problemlərlə üz-üzə qalan biçarə kəndçilər...”
 
Siam.az-ın xəbərinə görə, bunu jurnalist Hafiz Heydərov bildirib.
 
O, aidiyyatı dövlət qurumlarına səslənib: “Qayıdandan bəri beynimdə bir çox suallar dolaşır. Görəsən, niyə Zaqatala sakinlərinin problemlərini eşidən yoxdur? Yaxud, niyə mənim rayonun problemlərini görməzdən gəlirlər? Zaqataladan kənarda oluram və rayona gələn kimi sadaladığım problemləri eşidirəm, hətta bəziləri ilə birbaşa qarşılaşıram. Bəs rayon rəhbərliyi bunları görmür? İnsanların fəryadını eşitmir? 20 minə yaxın əhalisi olan Aşağı və Yuxarı Tala kəndləri iki ildir, su üzünə həsrət qalıb. Buna necə laqeyd qalmaq olar? Yazıq deyil camaat?”
Pravda.az
 
Tarix: 18-10-2022, 14:28
Xəbəri paylaş





Xəbər lenti