Tərtərdə Şəhidimiz YAD OLUNUB

Tərtərdə Şəhidimiz YAD OLUNUB
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən
Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə mülkü şəhid Quliyev
Anar Tofiq oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, ailə üzvlərinə
başsağlığı verərək, səbr diləyib, onların problemləri və qayğıları ilə maraqlanıb.
Siam.az xəbər verir ki, sonra Tərtər Cümə Məscidinin İmamı Sadiq Cəfərov torpaqlarımızın ərazi
bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyub.
Quliyev Anar Tofiq oğlu müharibədə məğlub olan erməni vandallarının Tərtərin
yaşayış məntəqələrini atəşə tutması nəticəsində oktyabrın 21-də şəhid olub. Bu
müharibə qaydalarına, beynəlxalq konvensiyalara ziddir, dinc əhalinin atəşə tutulması
erməni vandalizm aktıdır.
Anar Quliyev Tərtərdə dəfn olunub, özündən sonra sonra onun 2 oğlu, bir qızı
yadigar qalıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah şəhidimizə rəhmət eləsin!

Tərtərdə Şəhidimiz YAD OLUNUB
Tərtərdə Şəhidimiz YAD OLUNUB
Tərtərdə Şəhidimiz YAD OLUNUB
Tərtərdə Şəhidimiz YAD OLUNUB


Tarix: 21-10-2022, 14:04
Xəbəri paylaş





Xəbər lenti