Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib

Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə
vətəndaşları qəbul edib. Qəbulda 39 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri
və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Siam.az xəbər verir ki, qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla,
işlə təmin olunma, maddi yardım, subartezian quyularının təmiri, sahibkarlıq obyektinin
tikintisi üçün torpaq sahəsinin ayrılması, həyətyani torpaq sahəsinin ayrılması,
bələdiyyədən əkin üçün icarəyə torpaq sahəsinin verilməsi, pay torpaq sahəsində olan
mübahisə, əlillik dərəcəsinin təyin edilməməsi, işğaldan azad olunmuş ərazilərdə evlə
təmin olunma və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon
rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər
qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq
izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının
yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını
bildiriblər.
 
Tarix: 25-10-2022, 21:47
Xəbəri paylaş





Xəbər lenti