Masallının adı olub özü olmayan bələdiyyələri... - Di gəl baş çıxar...


Oktyabrın 24-də Masallı Rayon Statistika idarəsi rayondakı bələdiyyələrin gəlirləri və xərcləri haqqında məlumat paylaşıb.

Məlumatda qeyd olunur ki, 9 ay ərzində Masallıdakı 36 bələdiyyə ümumilikdə 363, 6 min manat gəlir əldə edib, 380, 9 manat isə xərcləyib.

Cenub.az-ın araşdırma qrupub u rəqəmləri, necə deyərlər, çözəliyib.

Məlum olub ki, Masallı bələdiyyələrinin 9 ayda qazandığı 363, 6 min manatı rayondakı 36 bələdiyyəyə böləndə, hər bələdiyyəyə 9 ayda ən yaxşı halda 10.122 manat pul düşür. Həmin 10.122 manatı da 9 aya böləndə hər bələdiyyənin ortalama hər ay 1.122 manat düşdüyü anlaşılır.

Ortaya suallar gəlir?

Bələdiyyə bu gəlirləri nədən və haradan qazanır?

1. Subsidiyalar

2. Vergilər

3. İcarələr

4. Torpaq satışı

İndi oğulsan, öyrən ki, subsidiya nə qədərdir, icarədən, torpaq satışından, vergidən gəlir nə qədərdir?

Ölkədəki tankların, qumbaraların, minaların, sualtı qayıqların sayın öyrənmək olar, amma bələdiyyələrin gəlir-çıxarını yox.

Halbu ki, Bələdiyyələr Haqqında Qanuna görə, hər 6 aydan bir, BƏLƏDİYYƏLƏR seçicilərinə məlumat verməlidir. Bunun üçün çoxlu adam yığmaq çətin olsa, müvafiq saytlarda, ən azından özlərinin feyzbuk səhifələrində (onların belə səhifələri varmı?) həmin detallı məlumatları paylaşa bilərlər.

(cenub.az saytı belə məlumatları bizə təqdim olunsa, hər vaxt ödənişsiz, detalları ilə paylaşmağa hazırdır)

Bələdiyyələr qazandıqlarından çox xərcləyir, yaxud, niyə Masallıdakı 36 bələdiyyədən 31-i kəsirlə işləyir.

Yuxarıda qeyd etdiyimiz kimi, bələdiyyələr qazandığından çox xərcləyir və 36 bələdiyyənin 5-dən 4-ündən çoxu, kəsirlə işləyir.

Və bu, illərlə belədir. Qəribə səslənsə də, görəsən, hansı heyvandar “qısır” inəyi, süd verməyən inəyi illərlə saxlayar?

Bələdiyyələr, haradan qazandıqlarını gizlətdikləri kimi, həmin pulları hara xərclədiklərini də həmin qayda da gizlədirlər.

Rayonun çox önəmli yerlərində obyektlər tikili? Görəsən, onlar bələdiyyəyə nə qədər pul köçürür? Bir neçə il öncə AzərSUN Qızılağac bələdiyyəsindən 150 hektar torpağı icarəyə götürmüşdü. İndi o torpaqlar kimlərə və neçəyə icarəyə verilir?

Iki il öncə saytlarda məlumat yayıldı ki, rayonun Musaküçə kəndində 1000 maşından artıq qum satılıb. O pullar hara getdi?

Hələ Qəriblər kəndi ərazisində çay yatağında daşının daş-qum üçün hər gün ciblərə gedən “levi” pullar hara getdi?

Onlarla belə misallar çəkmək olar.

Niyə müvafiq orqanlar buna susur. Bələdiyyələrin fəaliyyətində aşkarlığa mane olanlar kimlərdir? Həmin dairələrdən seçilən deputatlar belə məlumatların gizlədilməsində niyə maraqlıdırlar?

Axı, bu aşkarlıq nə pul, nə digər material tələb etmir.

Gecə-gündüz saflıqdan, paklıqdan danışanlar, niyə müvafiq qanunlara hörmətsizlik edib bələdiyyələrdə aşkarlığı təmin etmirsiniz?

Yalançı rəqəmlərlə başımızı niyə qatırsiniz?

Bizimlə “faiz-faiz” oynamaqdansa, yazın kı, konkret hansı bələdiyyələr gəlirlə işləyib, hansı bələdiyyələr illərlə kəsirlə işləyir?

Qısası, hər şeyi detalları, xırdalıqları ilə bildirin və biz də çap edək. Xalq bilsin Kİ, harada nə var, kim nəyi neçəyə alır, neçəyə satır? Demirsinizsə, tələb etmirsinizsə, inciməyin, belələri ilə ya şəriksiniz, ya aciz.

Qeyd: Yəqin ki, yaydığı məlumatı “alt-üst” etdiyimə görə, Masallı Statistika İdarəsinin gənc və perspektivli müdiri bizdən inciməz- çünki belə detallı məlumatlar verməyi onlara qadağan ediblər.

Həm də belə gizlədilən məlumatlar təkcə bələdiyyələrdə deyil.

Araşdıracağıq. Bizi izləyin. Kim aşkarlıqdan qaçırsa, o...

Cenub.az. Zahir Əmənov
Tarix: 26-10-2022, 10:09
Xəbəri paylaş





Xəbər lenti