Tərtər Rayon İcra Hakimiyyətində Şura iclasında müzakirələr aparılıb


Tərtər Rayon İcra Hakimiyyətində Şura iclasında müzakirələr aparılıb
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən Şura iclasında Tərtər Rayon İcra İcra
Hakimiyyəti başçısı yanında şura üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri,
KİV-i nümayəndələri iştirak ediblər.

Siam.az xəbər verir ki, iclasda iştirakçıları müstəqil dövlətimizin yaradıcısı olan Ulu öndər Heydər Əliyevin və
ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik
sükutla yad olunub.

Şura iclasını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq
iştirakçıları gündəlikdə duran məsələlər ilə tanış edib, bildirib ki, gündəlikdə 4 məsələ
durur: 1. 2022-ci ilin 9 ayında Tərtər rayonunun sosial-iqtisadi inkişafının yekunları və
qarşıda duran vəzifələr haqqında. 2. Rayonda payız və qış mövsümünə hazırlıq
haqqında. 3. “Zəfər” günü ilə bağlı rayonda keçiriləcək tədbirlər haqqında. 4. Rayonda
kompleks mülki-müdafiə təliminin hazırlanıb keçirilməsi haqqında.

Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab
İlham Əliyevin sədrliyi ilə bu ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə çıxışının
əsas məqamlarından danışıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da ictimai-siyasi sabitlik daha da
möhkəmlənib, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlər
görülüb iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi,
sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial-iqtisadi
problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində
tədbirlər uğurla yerinə yetirilib.

2022-ci ilin 9 ayında rayonumuzda tikinti-quraşdırma və abadlıq işləri uğurla davam
etdirilib.

Tərtər şəhərinin Əli İsmayılov, Teymur Rəhimov, Molla Pənah Vaqif, İmamməddin
Nəsimi, Vasif Hüseynov və Mübariz Kərimov küçələrində küçə kənarı divarlar aqlay və
digər bəzək daşlarıyla düzəlmiş, küçədə olan kommunikasiya xətləri səliqəyə salınmış,
asfalt örtük qoyulmuşdur. Rayonun Xoruzlu kəndində 432 şagird yerlik tam orta məktəb,
Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi
orta modul tipli məktəblərin binası tikilib istifadəyə verilib.

Tərtər şəhər 5 saylı tam orta məktəbin, Bayimsarov və Qazyan kəndlərində 50 yerlik
körpələr evi-uşaq bağçalarının tikintisi davam etdirilir.

2022-ci ilin doqquz ayı ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə,
Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində,
meşə zolaqlarında 24500-dən çox müxtəlif növ ağaclar, 7300 ədəd gül kolları və 22000
ədəd həmişəyaşıl kolları əkilmişdir.
Cari ilin 9 ayı ərzində şəhərin Heydər Əliyev prospekti, Elman Hüseynov, Nizami, Rasim
Mürsəlov, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Famil Qulami küçələrində, Heydər
Əliyev parkında və Bayraq meydanında olan işıqlanma xəttlərində təmir-bərpa işləri
aparılmışdır.

Hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 172 milyon 284.7 min
manat olmuşdur. 2021-ci ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi 18.1
faiz artmışdır, kənd təsərrüfatı istehsalı 1.5 faiz artaraq 79 milyon 681.9 min manat,
sənaye istehsalı 55.3 artaraq 12 milyon 802.8 min manat, nəqliyyat xidmətlərinin həcmi
59.7 faiz artaraq 1553.4 min manat, nəqliyyat sektorunda yük daşınması 14.4 faiz
artaraq 230 min ton, sərnişin daşınması 25.4 faiz artaraq 4 milyon 215 min nəfər,
informasiya və rabitə xidmətlərinin həcmi 7.2 faiz artaraq 671.9 min manat, əhaliyə
göstərilən ödənişli xidmətlər 6.4 faiz artaraq 18 milyon 948.5 min manat, ictimai iaşə
xidmətləri 24.1 faiz artaraq 2 milyon 580.2 min manat olmuşdur. Pərakəndə ticarət
dövriyyəsi 1.0 faiz azalaraq 135 milyon 77.5 min manat olmuşdur.

Rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların
həcmi 36 milyon 421.6 min manat təşkil etmişdir ki, onun 34 milyon 80 min manatı və ya
93.6 faizi tikinti-quraşdırma işlərinə yönəlmişdir. 2021-ci ilin müvafiq dövrünə nisbətən
əsas kapitala yönəldilən investisiyaların həcmi 69.7 artmışdır. Cari ilin yanvar-sentyabr
ayları ərzində 3623.4 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.

Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə hesabat dövründə 88 yeni
iş yeri açılmışdır. Həmin yeni iş yerlərinin 16-ı yeni yaradılmış müəssisə və təşkilatlarda,
72-si isə mövcud müəssisə və təşkilatlarda açılmışdır. Yeni açılmış iş yerlərinin 33-ü
"Qarabağ-ER" MMC- də, 25-i Elektromexanika zavodunda, 16-sı Olimpiya İdman
Kompleksində, 6-sı "Aqropat" MMC-də və 8-i isə digər özəl müəssisələrdə olmuşdur.
Bundan başqa yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı 727 olmuşdur.

Hesabat dövründə rayon üzrə orta aylıq əmək haqq 2021-ci ilin müvafiq dövrünə
nisbətən 19.2 faiz və ya 82.3 artaraq 510.4 manat təşkil etmişdir.

Hesabat dövründə 8102.9 hektar taxıl sahəsindən 33233.1 ton məhsul istehsal
edilmişdir. Hər hektardan orta məhsuldarlıq 41.0 sentner olmuşdur. 3976.7 hektar
buğda sahəsindən 17341.2 ton buğda məhsulu, 4126.2 hektar arpa sahəsində 15891.9
ton arpa məhsulu istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq buğda üzrə 43.6
sentner, arpa üzrə 38.5 sentner olmuşdur. Ötən ilə nisbətən buğdanın məhsuldarlığı 0.7
sentner, arpanın məhsuldarlığı 0.6 sentner artmışdır. Buğda və arpanın məhsuldarlığı
üzrə rayonumuz ölkə üzrə 5-ci yerdədir.

Cari ilin 9 ayı ərzində rayonda 380.9 ton pambıq, 188.7 ton şəkər çuğunduru, 6069 ton
dən üçün günəbaxan, 4096.4 ton kartof, 12841.4 ton müxtəlif tərəvəz məhsulları,
1361.4 ton dən üçün qarğıdalı, 10.3 ton lobya, 218 ton noxud, 20 ton darı, 1.5 ton soya,
7834.6 müxtəlif növ meyvə və 806.1 ton üzüm istehsal olunmuşdur. Məhsul yığımı
davam edir.

Bu günədək 11073.5 hektar sahədə şum aparılmış, 725 hektar sahədə dən və yaşıl
yem üçün payızlıq bitkilər səpilmişdir. Onun 83 hektarı buğda, 520 hektarı dən üçün
arpa, 122 hektarı yem üçün xəsil arpadır. Payızlıq bitkilərin səpini davam edir.

Cari ildə 24.4 hektar sahədə yeni meyvə bağları salınmışdır.

2022-ci ildə rayonun kümçüləri 330 qutu saxlamış və 10.2 ton barama tədarük etmişlər.

Hesabat məruzəsində əhalinin işlə təmin olunmasından, xidmət təşkilatlarının
fəaliyyətindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan
və digər məsələlər barədə də söhbət açılıb.

Müzakirə olunan məsələlər barədə rayon Statistika idarəsinin rəisi Ədalət Məmmədov,
Maliyyə idarəsinin rəisi Əli Əlziadə, “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər
filialının direktoru  Feruz Hacıyev, rayon mərkəzi xəstəxanasının publik hüquqi şəxsi
Sərxan Cəlahani, Elektrik şəbəkəsinin rəisi Vilayət Qafarov, rayon qaz istismarı
sahəsinin rəisi Müxlis Əmirov, Sukanal idarəsinin rəis müavini Namiq Məmmədov,
Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Emin Hacıyev, Mənzil İstismarı
İdarəsinin rəisi Hafis Ələkbərov çıxış ediblər.

Yığıncaqda müzakirə olunan məsələlər barədə müvafiq qərar qəbul edilib.

Tərtər Rayon İcra Hakimiyyətində Şura iclasında müzakirələr aparılıb
Tərtər Rayon İcra Hakimiyyətində Şura iclasında müzakirələr aparılıb
Tərtər Rayon İcra Hakimiyyətində Şura iclasında müzakirələr aparılıb
Tərtər Rayon İcra Hakimiyyətində Şura iclasında müzakirələr aparılıb


Tarix: 28-10-2022, 18:23
Xəbəri paylaş





Xəbər lenti