İcra başçısı Vətən müharibəsi şəhidi Hüseynzadə Elgiz İbrahim oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 19 yaşlı  44 
günlük Vətən müharibəsi şəhidi Hüseynzadə Elgiz İbrahim  oğlunun rayonun 
Bəyimsarov kəndində yaşayan ailəsini ziyarət edib, ailəsinə başsağlığı verib, onların 
qayğıları ilə maraqlanıb.


Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü 
uğrunda  canlarını fəda etmiş şəhidlərin ruhuna  dualar oxuyub.

Azərbaycan Ordusunun əsgəri Hüseynzadə Elgiz İbrahim oğlu 2001-ci il oktyabr 
28-də Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. Əslən Kəlbəcər 
rayonundandır. Oktyabrın 22-də Füzuli istiqamətində gedən döyüşlər zamanı 
qəhrəmancasına şəhid olub. Oktyabr ayının 29-da Tərtər rayonunun Bəyimsarov 
kəndində dəfn olunub.

Şəhid Hüseynzadə Elgiz 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə 
göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 
müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad 
olunmasına görə” medalları ilə təltif olunub.

Rayon rəhbəri şəhidin valideynlərinə Elgiz Hüseynzadə kimi igid övlad 
böyütdükləri üçün öz minnətdarlığını bildirib və onun mənalı ömür yolunun gənclərin 
vətənpərvərlik tərbiyyəsində bir örnək olduğunu deyib.

Elgiz Hüseynzadənin boya-başa çatdığı kəntdə şəhidlərin xatirəsinə ehtiram 
əlaməti olaraq inşa olunmuş şəhidlər bulağında onun adı da mərmər löhvəyə həkk 
olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident 
Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tarix: 29-10-2022, 17:48
Xəbəri paylaş





Xəbər lenti