Tərtər şəhərində növbəti iməcilik keçirilib
Tərtər rayonunda abadlıq işləri mütamadi olaraq davam etdirilir. Bunun üçün iməciliklər keçirilir, abadlıq və təmizlik işləri görülür.Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Şah İsmayı Xətai küçəsində keçirilən növbəti iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, sakinlər fəal iştirak ediblər.
Səhər saatlarından başlayan iməcilikdə yol kənarları alaq otlarından təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb, mövsümlə əlaqədar ağac və kollarda budama aparılıb. Ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aparılan təmizlik işləri ilə yerində tanış olub, aidiyyəti qurumlara müvafiq tövsiyə və tapşırıqlarını verib.
Tarix: 29-10-2022, 21:32