Göyçayın mərkəzində binanın fasadının daşları yerə tökülür: - sakinlər təhlükə ilə üzləşib

Göyçayın mərkəzində binanın fasadının daşları yerə tökülür:
Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində yerləşən və əlli ailənin yaşadığı beş mərtəbəli bina qəzalı vəziyyətə düşüb.

Bu barədə həmin binanın sakinləri məlumat verib.

Onların sözlərinə görə, binanın fasadında üzlük daşları tədricən uçaraq yerə tökülür. Buna görə də sakinlər təşviş içərisindədirlər və hər an başlarına divardan qopan daş parçalarının düşəcəyindən qorxurlar.

Müşahidələr zamanı məlum olub ki, binanın divarlarında çatlar əmələ gəlib və fasadına yapışdırılan üzlük aqlay daşları qoparaq yerə tökülüb. Məlumata görə, bina 1988-ci ildə istifadəyə verilib.

Sakinlər deyir ki, rayon ərazisindəki digər binalarda mütəmadi olaraq təmir işləri aparılsa da, burada indiyədək heç bir iş görülməyib. Bu da dam örtüyünün sıradan çıxmasına, yağışlı havalarda evlərə su dolmasına qədər gətirib çıxarıb. Sonda isə binanın üzlüyü qopmağa və tədricən yerə tökülməyə başlayıb. Buna görə də qorxu içində yaşayan sakinlər aidiyyəti qurumlardan yardım istəyirlər. Binanın sakinləri söyləyir ki, bütün bu səbəblərə görə mənzillərin qızdırılmasında da çətinliklər yaranır. Eyni zamanda hər biri 20 kiloqram olan daşlar yerə tökülərkən insanların həyatı təhlükəyə düşür.

Göyçay şəhər icra nümayəndəsi Elçin Kərimov isə "Report"un yerli bürosuna bildirib ki, 33 saylı bu bina qurumun balansında deyil və korporativ binadır. Bu səbəbdən burada dövlət tərəfindən hansısa təmir işlərinin görülməsi nəzərdə tutulmur. Binanın təmirinə də sakinlərin maddi imkanı çatmır. O qeyd edib ki, sakinlər binanın təmiri üçün öz aralarında vəsait toplayarsa, idarə tərəfindən işçi qüvvəsi ayrıla bilər. Bununla yanaşı binanın idarənin balansına keçirilməsi üçün sakinlər rəsmi qaydada icra hakimiyyətinə müraciət etməlidir. Yalnız bu halda bina müəssisənin balansına keçə və dövlət tərəfindən təmir oluna bilər.
//report//

Göyçayın mərkəzində binanın fasadının daşları yerə tökülür:
Göyçayın mərkəzində binanın fasadının daşları yerə tökülür:
Göyçayın mərkəzində binanın fasadının daşları yerə tökülür:
Göyçayın mərkəzində binanın fasadının daşları yerə tökülür:
Göyçayın mərkəzində binanın fasadının daşları yerə tökülür:
Tarix: 31-10-2022, 20:50
Xəbəri paylaş





Xəbər lenti