İcra başçısı Azad Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə
orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar şurasının
sədrləri ilə birlikdə 297 şagirdin təhsil aldığı Şükür Rəhimov adına Azad
Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub,
məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri məktəbdə tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji
kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx
əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, gündəlik gigiyenik
qaydalara əməl olunmasını tövsiyə edib.
Ordumuzun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda
şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verən rayon
rəhbəri, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş
şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.
 
Tarix: 3-04-2024, 22:14
Xəbəri paylaş





Xəbər lenti