“Bu təxribatların arxasında Kreml və Koçaryana bağlı qüvvələr dayanır” - Sərhəddəki insidentlə bağlı AÇIQLAMA
“Ermənistanla sülh müqaviləsinin imzalanması bir neçə il çəkəcək. Çünki Ermənistan bu sülh müqaviləsinə hazır deyil. Ümumiyyətlə bu ölkədə parlamentdə revanşistlərin təmsil olunması, onların fürsət gözləyərək Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmək planlarını qüvvədə saxlayır. Əgər Paşinyan prezident idarəsi formasına keçid edib, səlahiyyətləri tam şəkildə ələ alsa və parlamentdə Koçaryanın qruplaşmasını zərərsizləşdirsə, o zaman sülh mümkün ola bilər”.Yenisabah.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə bu gün Ermənistan silahlı qüvvlərinin Tovuz istiqamətində mövqelərimizi atəşə tutmasını şərh edərkən bunları deyib.
Politoloq əlavə edib ki, Ermənistan ordusunda Rusiya dərin kök salıb və Paşinyan ölkəni yenidən qurmaq üçün bu qüvvələri neytrallaşdıracaq: “Qeyd edim ki, Ermənistanın sərhəddə təxribatları Azərbaycanı narahat etməməlidir. Azərbaycan qalibdir və baş verən bu təxribatlar Paşinyan və erməni əhalisinin ziyanınadır. Bu təxribatlarin başında Kreml və Koçaryana bağlı hərbçi və siyasilər durur”.
Tarix: 24-06-2021, 23:10