Ermənistan atəşkəsi ona görə pozur ki... - Şərh


Ermənistan atəşkəsi ona görə pozur ki... - Şərh
Ermənistanda seçkilərdən sonra həm cəmiyyət, həm də hökumət strukturlarında təmsil olunan insanlar iki hissəyə bölünüblər. Orduda Qarabağ klanının tərəfdarlarının sayı çoxdur. Cəbhə xəttindəki təxribatlar Ermənistanda olan qüvvələrin sifarişi ilə baş verib.
Bunu Publika.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
T.Zülfüqarov qeyd edib ki, Paşinyanın hər hansısa formalaşmış taktika və strategiyası yoxdur: “Əvvəl bu cür təxribatları Qarabağda törədirdilər. Bəllidir ki, Tovuz bölgəsi bizim boru kəmərlərimizin keçdiyi bir yerdir. Buna görə də keçən il olduğu kimi yenə də burada atəşkəsi pozaraq diqqəti həmin bölgəyə çəkirlər”.
Politoloq vurğulayıb ki, Qazax rayonunun 7 kəndi və Naxçıvanın Kərki ərazisi ilkin demarkasiya və delimitasiya işlərində öz həllini tapmalıdır: “Bu məsələdə Azərbaycanın Ermənistana qarşı güc tətbiq edəcəyini düşünmürəm. Çünki bu məsələlər siyasi yolla öz həllini tapacaq. Bunlardan biri də ərazilərin relyefinin çox mürəkkəb olması və bir-biri ilə əlaqələrinin olmamasıdır ki, bu da gələcəkdə problemlər yaradacaq. Demarkasiya və delimitasiya işlərinin genişlənməsi ilə bu məsələ həll olunacaq. Sərhəddə ilkin demarkasiya işləri gedir. Normal demarkasiya və delimitasiya prosesi komissiyaların görüşündə həll olunur. Orada bir çox mütəxəssislər iştirak edir. İndiki mərhələdə ilkin demarkasiyadan söhbət gedir və bu məsələnin genişlənməsi danışıqlar yolu ilə həllini tapacaq. Hələlik isə bu məsələlər normal gedir. Münaqişədən əvvəl Ermənistanın nəzarətində olan torpaqlarımızın demarkasiya və delimitasiya işləri ilə geri qaytarılmasını da gördük”.
Tarix: 29-06-2021, 23:28
Xəbəri paylaş





Xəbər lenti