İki erməni əsgəri Azərbaycanla sərhəddə itkin düşüb
Ermənistan ordusunun iki hərbi qulluqçusu dumanlı hava şəraiti səbəbindən azaraq, itkin düşüblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, bu gün sübh vaxtı sərhəddin cənubi-şərq hissəsində yerləşən hərbi hissələrdən birində qulluq edən Artur Nalbandyan və Aramis Torozyan itkin düşüblər. Onların axtraşı ilə bağlı təcili tədbilər görülsə də, heç bir nəticə olmayıb. Ermənistan tərəfi məsələ ilə bağlı Rusiya tərəfinə müraciət edərək, onlardan Azərbaycanla danışıqlar aparması, Azərbaycan ərazilərinə keçiblərsə, geri verilməsini xahiş ediblər. Erməni tərəfi güman edir ki, dumanlı havada yolu azan əsgərlər Azərbaycan tərəfinə keçə bilərlər. Hər iki həbrçinin silahsız, onlardan birinin sürücü olduğu deyilir.