Şuşa atəşə tutuldu, Ordumuz cavab verdi
Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub. Cavab atəşi açılıb.Siam.az xəbər verir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
"İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur",-deyə bildirilib.
Tarix: 15-07-2021, 09:30